Icma.az
close
up
RU
“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 142 ci kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 142 ci kitabı çapdan çıxıb

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci. Yenə də deyirəm, 1996-cı ildən bu yana bütün Olimpiya Oyunlarında iştirakımız, o cümlədən bu məqsədi daşıyırdı. Biz özümüzə də, dünyaya da sübut etməli idik və etdik ki, biz güclü dövlətik. Hər dövlətin gücü isə onun xalqının gücünə söykənir".

Bakıvaxtı.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 142-ci kitabında yer alan bu sözləri dövlətimizin başçısı 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı söyləyib.

Çoxcildliyin 142-ci kitabında toplanmış materiallar 2024-cü ilin dekabrından 2025-ci ilin fevralınadək olan dövrü əhatə edir.

Yeni kitaba Azərbaycan Prezidentinin ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) yekdilliklə üzv seçilməsi münasibətilə Türkiyə, Misir, Pakistan və İran prezidentlərinə təşəkkür məktubları daxil edilib. Nəşrdə dövlətimizin başçısının “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilmiş vida mərasimində iştirakına dair informasiya, Azərbaycan Televiziyasına müsahibəsinin mətni, bu faciə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları, ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşünə dair materiallar da verilib.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətinin, habelə yerli televiziya kanallarına geniş müsahibəsinin mətnləri, 20 Yanvar – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarəti, ölkəmizdə keçirilmiş bələdiyyə seçkilərinə səsvermədə iştirakı haqqında materiallar da yer alıb.

Oxucu kitabda Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərinin və keçirdiyi görüşlərin materialları, Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsinin mətini ilə də tanış ola bilər.

Bu kitabda Prezident İlham Əliyevin, həmçinin yanvar ayında Azərbaycana səfərə gəlmiş Gürcüstanın Baş naziri İrakli Kobaxidze, fevral ayında ölkəmizə səfər etmiş Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə görüşləri haqqında da materiallar toplanıb.

Yeni kitaba Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində iştirakı haqqında informasiyalar da daxil edilib.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Aprel 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri