Icma.az
close
up
RU
İlham Əliyev İranın vitseprezidenti ilə görüşüb

İlham Əliyev İranın vitseprezidenti ilə görüşüb

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşüb.

SİA xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə Azərbaycan Prezidentini təbrik edən Şina Ənsari İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Məsud Pezeşkianın prezident seçilməsindən sonra onunla telefon danışığını məmnunluqla xatırlayan dövlətimizin başçısı vurğuladı ki, Məsud Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Azərbaycan hökumətinin müxtəlif səviyyəli nümayəndə heyətləri İrana səfər ediblər.

İran ilə Azərbaycan arasında çox yaxşı münasibətlərin olduğunu deyən Şina Ənsari əlaqələrimizin tarixi xarakter daşıdığını vurğuladı.

Söhbət zamanı Araz çayı üzərində birgə layihələr, Su Elektrik Stansiyasının tikintisi və ətraf mühit sahəsində əməkdaşlığımız qeyd olundu, hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi vurğulandı.

Şimal-Cənub nəqliyyat dəhlizinə toxunuldu, bu xüsusda Azərbaycan, Rusiya və İran arasında birgə əməkdaşlıq qeyd edildi.

Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulandı.

Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsindən narahatlığını ifadə etdi.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıldı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see297

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see291

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see264

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see249

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see243

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see240

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see234

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see232

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see227

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see226

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see222

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see221

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see220

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see220

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see219

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see219

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see191

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see183

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see181

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri