Icma.az
close
up
RU
“İlham Əliyev İrəvan zirvəsində yeni siyasi reallıq mesajı verdi” ŞƏRH

“İlham Əliyev İrəvan zirvəsində yeni siyasi reallıq mesajı verdi” ŞƏRH

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Avropa Siyasi Birliyinin İrəvanda keçirilən Zirvə toplantısında Prezident İlham Əliyevin videobağlantı vasitəsilə iştirakı təkcə diplomatik protokol deyil və regionda formalaşan yeni siyasi reallığın simvolik təsdiqidir”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Azər Niftiyev deyib:

“Azərbaycan liderinin ilk dəfə Ermənistanda təşkil olunan beynəlxalq platformada çıxış etməsi həm siyasi, həm də psixoloji baxımdan mühüm məqamdır.

Çıxışın əsas xəttini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişi istiqamətində aparılan danışıqlar və regionda uzunmüddətli sabitliyin təmin olunması təşkil edir. Prezident Əliyevin Avropa təsisatlarının müəyyən dairələrinin prosesə yanaşmasını açıq şəkildə tənqid etməsi diqqətçəkəndir. Xüsusilə Avropa Parlamenti və AŞPA-nın qəbul etdiyi bəzi qərarların sülh prosesinə xidmət etmədiyi mesajı verildi.

Azərbaycan Prezidentinin çıxışında vurğuladığı əsas siyasi xətt ondan ibarətdir ki, regionda yaranmış yeni status artıq dəyişməz reallıqdır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, Qarabağ məsələsinin hərbi-siyasi müstəvidə bağlanması və separatizmin aradan qaldırılması fonunda əvvəlki dövrün siyasi tezislərinin aktuallığını itirdiyi nümayiş etdirildi.

Ən vacib detal isə bu fikirlərin məhz İrəvanda keçirilən tədbirdə səsləndirilməsi idi. Bu, həm də uzun illər region siyasətində formalaşdırılmış miflərin artıq beynəlxalq platformalarda belə əvvəlki təsir gücünə malik olmadığını göstərdi.

Digər mühüm nüans isə sülh gündəliyi ilə bağlı idi. Prezident Əliyevin Azərbaycanın sülh danışıqlarına sadiq qaldığını xüsusi vurğulaması regiondakı siyasi proseslər baxımından yeni dinamika yaradır.

Çünki Ermənistanda daxili siyasi mübarizənin əsas mövzularından biri məhz hakimiyyətin sülh strategiyasıdır. Müxalif qüvvələr uzun müddətdir rəsmi İrəvanın siyasətinin nəticə vermədiyini və Azərbaycanın konstruktiv mövqe nümayiş etdirmədiyini iddia etməyə çalışır.

Azərbaycan liderinin beynəlxalq platformada verdiyi mesaj bu arqumentləri darmadağın etdi. Xüsusən də bunun İrəvanda keçirilən tədbirdə baş verməsi Ermənistan hakimiyyəti üçün əlavə siyasi üstünlük elementidie. Paşinyan hakimiyyəti üçün əsas məsələ beynəlxalq auditoriyaya və daxili ictimai rəyə sülh prosesinin tam dalana dirənmədiyini göstərməkdir.

Baş verənlər onu göstərir ki, Cənubi Qafqazda artıq yeni mərhələ başlayıb. Bu mərhələdə əsas mübarizə hərbi meydanda deyil, siyasi və diplomatik platformalarda aparılır. İrəvandakı çıxış isə Azərbaycanın regional gündəliyi müəyyən edən ölkə olduğunu bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 May 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see496

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see492

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see399

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see394

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see369

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see363

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see353

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see352

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see349

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see329

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see249

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see244

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see242

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see225

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see223

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see215

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see211

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri