Icma.az
close
up
RU
İlham Əliyev Avropa liderlərinə bu mesajı verdi AÇIQLAMA

İlham Əliyev Avropa liderlərinə bu mesajı verdi AÇIQLAMA

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib. Dövlət başçısı çıxışı zaman region gündəminə dair bir sıra mühüm məsələlərə toxunub. 

Bəs bu sammitin mümkün nəticələri nə ola bilər? 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan politoloq Oqtay Qasımov bildirib ki, bu sammiti Avropa liderlərinin Ermənistanın Baş naziri Nikol Paşinyana dəstək addımı saymaq olar:

“Avropa Siyasi Birliyi” məşvərətçi bir qurumdur. Burada Avropa liderləri toplanır və vacib məsələlər haqqında fikir mübadiləsi aparırlar. Eyni zamanda bu tərəflər arasında görüşlər keçirilməsi ilə bağlı müəyyən fürsətlər yaranır. Son 5 il ərzində məhz bu formatda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşlərinin şahidi olmuşuq. Tədbirin İrəvanda keçirilməsi daha çox Paşinyanın hakimiyyətinə seçki qabağı siyasi dəstək kimi qiymətləndirilə bilər”.

Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyev sammitdəki çıxışı zamanı Azərbaycanın mövqeyini Avropa ölkələrinə çatdırıb:

“Cənab Prezident Avropanın bəzi qurumlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin Azərbaycana qarşı heç bir əsası olmayan qərəzli mövqe tutduqlarını vurğuladı. Ümumilikdə, bu sammitdə Azərbaycan öz mövqeyini Avropa liderlərinə çatdırdı. Həm Bakı, həm də İrəvan öz gündəliyi ilə çıxış etdi. Ən əsası isə Avropa dövlətlərinə dolayı yolla mesaj verildi ki, Azərbaycan və Ermənistan üçüncü tərəfin iştirakı olmadan sülhü əldə edib. İndi isə prosesi irəli aparmaq, əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atırlar”.

O.Qasımov vurğulayıb ki, Avropa liderləri Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı niyyətindən məlumatlıdırlar və Kremlin başlıca məqsədi N.Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqdır:

“Hazırda Rusiyanın əsas məqsədi bu seçkilərdə Paşinyanın hakimiyyətdən getməsinə nail olmaqdır. Moskvameyilli qüvvələrin parlamentdə daha çox mandat qazanıb hakimiyyətə təsir imkanları əldə etməsini gözləyirlər. Bu baxımdan Rusiyanın mövqeyi anlaşılandır.

Lakin İrəvan sammitində səsləndirilən bir sıra fikirlər, xüsusi ilə də Fransa Prezidenti Emmanuel Makronun fikirləri Rusiyada qıcıq yaradacaq. Bu isə Paşinyana problemlər yarada bilər”.

Cəlalə Cəlalqızı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 May 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri