Icma.az
close
up
RU
İlham Əliyev onu paytaxtdan bölgələrə aparır İLK DƏFƏ

İlham Əliyev onu paytaxtdan bölgələrə aparır İLK DƏFƏ

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü, birbaşa iştirakı və qardaş Türkiyənin yardımı ilə tikilən Ümid körpüsü mühasirədə olan Naxçıvanın hərbi-siyasi təhlükəsizliyində və iqtisadi xilasında nə qədər mühüm rol oynamışdısa, indi azad Laçında 3 dövlət rəhbərinin Zirvə görüşü də eyni uzaqgörən məqsədlərə xidmət edir. Azərbaycanın son 100 ilində dövlət müstəqilliyimiz heç vaxt indiki qədər gerçək xarakter daşımayıb.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, azadlıq və hürriyət yalnız deklarativ akt deyil:

“1918-ci ildə yaradılan bayraq yalnız indi qalib və qurucu bir liderin dəmir əlləri ilə hər qarış Vətən torpağında dalğalanır. O zaman Gəncədən Bakıya gətirilən Cümhuriyyətdən fərqli olaraq, indi İlham Əliyev qalib dövlətimizi paytaxtdan bölgələrə aparır.

Biz liderləri öz dövründən və tarixi şərtlərdən ayırıb müqayisə etmirik. Lakin bir geçək hamıya aydındır-torpağı, vətəni, milləti sevmək, yaxud proqramlar hazırlamaq, xalqı meydanlara toplamaq və şüar söyləmək, düşməni göstərməklə iş bitmir, əsil millət öndərliyi mənsub olduğun xalqın keçdiyi siyasi quruluşları, hərbi məğlubiyyət və faciələri düzgün təhlil edib, tarixin gedişini dəyişdirmək bacarığıdır.

İlham Əliyev 28 May inqilabını edib bütün ərazisində üçrəngli bayrağı yaymaq imkanı olmayan 100 il əvvəlki rəhbərlərin arzularını çin edir, Qərbi Zəngəzuru ermənilərə bağışlayıb Naxçıvanı Azərbaycandan ayıran sovetlərin qərarlarını geri oxutdurur. Nə Rəsulzadə, nə Nərimanov, nə də ondan sonrakı dövlət adamlarımız bir türk , yaxud dünya liderini Zəngilana, Şuşaya, Laçına gətirməyə nail ola bilmədilər. O coğrafiyada yalnız İran, Rusiya, sovet qoşunları hökmranlıq etdi, daha əvvəl Osmanlı orduları, ardınca Almaniya-Britaniya silahlı qüvvələrindən başqa müttəfiqlərimiz Arazboyu çiyin-çiyinə dayanmadılar.

30 il əvvəl o dağlar itiriləndə Qarabağ təslim oldu. Vətən müharibəsindən sonra da Laçını 25 km-lik dəhlizə çevirmək istədilər. Prezidentsə azad torpaqlara yeni siyasi status qazandırır, strateji hərbi yüksəkliyə, müdafiə istehkamına çevirir, bir daha işğala məruz qalmayacağının zəmanətini hazırlayır. Azad torpaqlara qoyulan hər daş, tikilən yol, hava limanı təkcə Böyük Qayıdışın deyil, daha uzaqvədəli planının tərkib hissəsidir. Prezident 7 yanvarda dedi ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir.

Geosiyasətin bir qanunu var-coğrafi böyümədən sonra mütləq siyasi və iqtisadi miqyasca genişlənməlisən. Biz imperiya qurmaq və başqa əraziləri ələ keçirmək xəstəliyinə tutulmamışıq. Lakin İqdırdan gələn qaz xəttinin açılışı da, Zəngilan, Laçın, Şuşa zirvələri də eyni mərama-Naxçıvanı Azərbaycanla birləşdirməyə, Zəfərimizin davamına xidmət edir.

İndi azad torpaqları zəhmətkeş, vətənsevər, təhsilli və sabahını yaxşı görən insanlarla zənginləşdirmək dövlət rərhbərinin başlatdğı Qalib Yüz İlə ən böyük töhvə olacaqdır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 May 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri