Icma.az
close
up
RU
İlham Əliyev Vladimir Putin danışıqları Son bir ildə ilk dəfə görüşəcəklər

İlham Əliyev Vladimir Putin danışıqları Son bir ildə ilk dəfə görüşəcəklər

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş gözlənilir. İki ölkə liderinin danışıqları Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammiti çərçivəsində baş tutacaq.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, oktyabrın 9-da keçiriləcək görüşün əsas mövzusu Rusiya ilə Azərbaycan arasındakı münasibətlər olacaq. O, danışıqların iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətini nümayiş etdirdiyini vurğulayaraq, Rusiya tərəfinin müsbət əhval-ruhiyyədə olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, Düşənbə görüşü Azərbaycan və Rusiya prezidentlərinin son bir ildə ilk üzbəüz danışqları olacaq. Dördpendirli pizza

İlham Əliyev və Vladimir Putin sonuncu dəfə ötən ilin oktyabr ayının 23-də, Kazanda keçirilən XVI BRICS sammiti zamanı görüşüblər. Bundan sonra iki lider arasında görüş olmayıb. Amma telefon danışığı və məktubların göndərilməsi dayanmayıb.

Ötən il noyabrın 15-də Vladimir Putin İlham Əliyevə zəng edib.

Dekabr ayının 23-də V.Putin Prezident İlham Əliyevə məktub göndərib və doğum günü münasibəti ilə təbrik edib.

Dekabrın 24-də isə o, Azərbaycan liderinə zəng edib. Bu zəng də Prezident İlham Əliyevin doğum günü ilə bağlı olub.

2024-cü il dekabrın 25-də AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Həmin gün MDB dövlət başçılarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün yola düşən Prezident İlham Əliyev təyyarədə olarkən V.Putinə zəng edib. Telefon danışığı əsnasında Prezident İlham Əliyev Azərbaycan Hava Yolları şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar zirvə görüşündə iştirak edə bilməyəcəyini və geri dönmək haqqında qərar qəbul etdiyini bildirib.

V.Putin dekabrın 28-də Prezident İlham Əliyevə zəng edib. O, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Kreml sahibi dekabrın 29-da Azərbaycan liderinə yenidən zəng edib. Telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar. Vladimir Putin dövlətimizin başçısını İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.

Martın 21-də Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə Novruz bayramı münasibəti ilə təbrik məktubu göndərib.

Mayın 3-də Kreml sahibi Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Mayın 27-də V.Putin Prezident İlham Əliyevə Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

İyunun 12-də İlham Əliyev Vladimir Putinə Rusiya Günü münasibəti ilə təbrik məktubu göndərib.

İyunun 24-də Azərbaycan lideri Amur vilayətində “An-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Prezidentinə məktub göndərib və başsağlığı verib.

Oktyabrın 7-də Prezident İlham Əliyev Vladimir Putinə zəng vurub və doğum günü münasibətilə təbrik edib.

Qeyd edək ki, Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib. 

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see264

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see251

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see248

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see247

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see246

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see245

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see243

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see242

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see229

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see221

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see221

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see219

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see219

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see216

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see214

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see210

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see203

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see203

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see197

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri