Icma.az
close
up
RU
İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi? Prezidentin İNCƏ JESTİNİN tarixçəsi

İlham Əliyev Paşinyandan niyə qələmi götürməsini istədi? Prezidentin İNCƏ JESTİNİN tarixçəsi

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda keçirilmiş görüşdən sonra Birgə Bəyannamə imzalayıblar.

İmzalanma mərasimində diqqətçəkən məqamlardan biri İlham Əliyevin Ermənistan baş nazirindən tarixi sənədi imzaladığı qələmi götürməsini istəməsi olub. Bu jest nə qədər xoş görünsə də, mənası cəmiyyətdə tam anlaşılmayıb.

"Ölkə.az" xəbər verir ki, Prezident İlham Əliyevin Nikol Paşinyandan həmin qələmi götürmək istəməsi diplomatik protokolda həm rəmzi, həm də incə mesaj daşıyan jestdir.

Belə ki, tarixdə oxşar nümunələrdən birini qeyd etmək olar. Məsələn, 1978-ci ildə Misir və İsrail arasında Kemp-Devid razılaşmasında sabiq Misir prezidenti Ənvər Sədat, sabiq İsrail baş naziri Menaxem Begin və sabiq ABŞ prezidenti Cimmi Karter ümumi diplomatik praktikaya uyğun olaraq sənədi imzalamaq üçün xüsusi qələmlərdən istifadə ediblər və həmin qələmlər xatirə kimi saxlanılıb. Bu razılaşmalar 1979-cu ildə İsrail və Misir arasında sülh müqaviləsinin imzalanmasına zəmin yaradıb. Mərasim zamanı hər üç liderin istifadə etdiyi qələmlər xüsusi olaraq həmin tədbir üçün seçilib və sonradan xatirə əşyası kimi saxlanılıb.

Tarixi əhəmiyyətə malik bu qələmlər müxtəlif kolleksiyalarda və muzeylərdə nümayiş etdirilir. ABŞ Prezident Kitabxanası və Muzeyi Kemp-Devid razılaşmasının imzalanma mərasimindən olan fotoları və həmin qələmləri öz kolleksiyasında saxlayır.

Bəs bu jestin mənası nədir?

Sülh danışıqlarında və ya diplomatik yazışmalarda qələmin simvolik rolu var. Münaqişəni həll etmək üçün silah yerinə qələmin, yəni yazının, sənədin üstünlüyü vurğulanır.

Burada İlham Əliyev Paşinyana sənədin imzalanmasının həm tarixi, həm də ciddi öhdəlik olduğunu xatırlatmaqla yanaşı, gələcəkdə birgə sülh və əməkdaşlığın əsaslarını möhkəmləndirməyə çağırır. Bu jest hörmət və diplomatik bərabərliyi ifadə edir. Həmçinin sülh prosesinin ciddiliyini və gələcəkdə tərəflərin üzərinə düşən məsuliyyəti simvolizə edən incə, diplomatik addım hesab olunur.

Bu qələmlər yalnız sənədin imzalanmasında istifadə edilməklə qalmır, həm də həmin tarixi anın və sülh prosesinin rəmzi kimi saxlanılır.(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Avqust 2025 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see198

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see156

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see137

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see132

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri