Icma.az
close
up
RU
İlham Əliyev Putinin 9 may paradına qatılmamaqla doğru və strateji qərar verdi

İlham Əliyev Putinin 9 may paradına qatılmamaqla doğru və strateji qərar verdi

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Avropada İkinci Dünya müharibəsində qələbə bu gün – 8 mayda qeyd olunur. Ukrayna da artıq 10 ildir ki, nasizm üzərində qələbəni Avropa dövlətləri ilə birgə 8 mayda qeyd edir. Böyük Vətən müharibəsində faşist Almaniyasının ilk zərbəsiylə Ukrayna və ukraynalılar üzləşiblər. Ukrayna bu müharibədə 8 milyondan çox insanını itirib. Bunun 5 milyonu mülki vətəndaş, 3 milyonu həbrçi olub. Müharibə illərində sovet ordusu sıralarında 7 milyon ukraynalı xidmət keçib. Ukraynalılar nasistlərə qarşı mübarizədə partizan hərəkatında da fəal iştirak ediblər. Beləliklə, nasist Almaniyası üzərində qələbədə ukraynalıların böyük payı var".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, buna baxmayaraq, nasizm üzərində qələbə Ukrayna və ukraynalılara azadlıq və firavan həyat gətirmədi:

"Müharibədən sonra kommunist sistem ukraynalıları yenidən aclıqla sınağa çəkdi, Qərbi Ukraynada respessiyaların miqyası artdı, tatarlar Krımdan sürgün edildi. Ukraynada acı tarix yenidən təkrarlanır. Rusiya 2014-cü ildə əvvəlcə Krımı ilhaq etdi, 8 il sonra Ukranaya qarşı genişmiqyaslı müharibəyə başladı. Rusiya Prezidenti Vladimir Putinin “bir neçə günə Kiyevi ələ keçirib, hakimiyyəti dəyişib məsələni həll edərik” planı alınmadı. Müharibə dördüncü ilinə keçib və Rusiyanın işğalçı ordusu Ukrayna ərazisində ilişib qalıb, gündəlik itkiləri minlərlə hərbçidir. Əlbəttə, Ukrayna da itirir, şəhərləri bombalanır, hərbçiləri və mülki insanları ölür. Ancaq Ukrayna böyük qonşusu qarşısında təslim olmur, müqavimətini davam etdirir, hətta Rusiyanın hava limanlarını xaosa sürükləyib, təyyarələr havaya qalxa bilmirlər. Rusiyanın hava sahəsi təhlükəsiz deyil. Ona görə də, Prezident İlham Əliyev Putinin 9 may paradına qatılmamaqla doğru və strateji qərar verdi. Böyük Vətən müharibəsinə 600 min azərbaycanlı cəlb olunub və onların yarısı geri qayıtmayıb. Bu mənada Böyük Vətən müharibəsindəki qələbədə azərbaycanlıların da payı böyükdür. Azərbaycan nefti olmadan SSRİ faşist Almaniyası üzərində necə qələbə əldə edə bilərdi?

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, bunu İlham Əliyev hər fürsətdə səsləndirir, Moskvada 9 mayda paradda iştirak isə dolayısıyla işğalçıya dəstək mənasını verə bilərdi. Üstəgəl dekabr ayında Rusiya səmasında Azərbaycan sərnişin təyyarəsinin raketlə vurulmasına Moskva aydınlıq gətirməyib. Bütün bunları nəzərə alaraq Böyük Vətən müharibəsində qələbəni Bakıda qeyd etmək, ənənəvi olaraq Şəhidlər Xiyabanındakı Həzi Aslanovun heykəlinə çələng qoymaq, sağ qalan veterenalarla görüşmək Moskvada paradda iştirak etməkdən əhəmiyyətlidir".

Vasif ƏLİHÜSEYN 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri