Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

PUTİNİN 9 MAY ŞOUSU... Və Azərbaycanın aldığı doğru qərar

PUTİNİN 9 MAY ŞOUSU... Və Azərbaycanın aldığı doğru qərar

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Rusiya alman faşizmi üzərində qələbənin 80 illiyini təntənəli paradla qeyd etməyə hazırlaşır. Ancaq bu dəfəki hazırlıq öncəkilərdən xeyli fərqlənir. Taleyin kinayəsinə baxın ki, özünü İkinci Dünya Müharibəsinin əsas qalibi sayan ruslar səksən ildən sonra yenidən müharibənin gerçək vahiməsinə qapılıblar, onu öz üzərlərində, öz həyatlarında hiss etməyə başlayıblar...

Bu dəfəki parad ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski Putinin üç günlük atəşkəs təklifinə cavabında deyib ki, ən azından bir aylıq atəşkəsə gedilməlidir, əks halda paradın təhlükəsilzliyinə təminat verə bilmərik. Putin və əsabələri Zelenskinin bu sözlərindən ciddi təlaşa düşüblər. İndi onlar 9 mayda Ukrayna dronlarının Moskvanı və hətta Qırmızı Meydanı vuracaqlarından bərk qorxurlar. Bunun nəticəsidir ki, son günlər Moskva şəhəri əsl kollaps yaşayır. Aeroportlar fəaliyyət göstərə bilmir, mobil rabitə və internet demək olar kəsilib, bankomatlar işləmir və sair.

KİV-lərdə yayılan informasiyaya görə, Rusiya hərbi komandanlığı 9 may paradında hər hansı xoşagəlməz insidentin yaşanmasının qarşısını önləmək üçün Moskvada dörd eşalondan ibarət 280 ədəd Hava Hücumundan Müdafiə sistemləri yerləşdirib. Məlumdur ki, Rusiyanın HHM sistemləri ilə bağlı böyük problemləri var. İstər cəbhə xətti boyunca, istərsə də ölkənin geniş ərazisindəki strateji obyektləri qorumaqda kəskin HHM sistemləri qıtlığı yaşayan Rusiya ordusu 9 may paradını mühafizə etmək üçün digər mühüm mövqelərdəki HHM sistemlərini dartıb Moskvaya aparmaq məcburiyyətində qalıb. Təbii ki, Ukrayna Silahlı Qüvvələri bu fürsətdən maksimum yararlanmağa çalışacaqlar...

Ruslar Ukrayna dronlarının Rusiyanın HHM sistemlərini yarıb, nümayişkaranə şəkildə Qırmızı Meydana “eniş etmələrindən” çox ehtiyatlanırlar. Nə qədər tərifləsələr də Rusiya hərbi komandanlığı öz HHM sistemlərinin zəif tərəflərindən agahdır. Əgər Ukrayna dronları ekstremal hadisə törədərlərsə, Putin həm dünyada, həm də öz xalqı qarşısında rüsvay olacaq.

Yeri gəlmişəkən, 1987-ci ilin 28 mayında Qərbi Almaniya vətəndaşı Matias Rustun kiçik həcmli “Cessna 172 Skyhawk” təyyarəsi ilə Qırmızı Meydanın yaxınlığındakı körpüyə enişini yadımıza salmağımız piz olmaz. O zaman Mixail Qorbaçov SSRİ Müdafiə naziri Sergey Sokolovu, Hava Hücumundan Müdafiə qoşunlarının komandanı, aviasiya marşalı Aleksey Koldunovu və bir sıra yüksək ranqlı hərbçini işdən çıxarmışdı.

Həqiqətən də çox qəribə və sarkastik bir mənzərəylə rastlaşmışıq. 80 il bundan öncə baş vermiş qələbəni qəhrəmanlıq şousuna çevirən Kreml rəbərliyi indi əsəb, gərginlik və qorxu içindədir. Putin haliyədə sanki məşhur Sovet filmində səslənən ifadəni təkrarlayır: “Я не трус, но я боюсь!”

Görəsən, təmtəraqlı hərbi parad təşkil edərək öz gücünü göstərmək istəyən bir ölkə niyə bu qədər qorxur? Məgər Rusiya ordusu “dünya ikincisi” deyil? Hitlerin nəhəg hərb maşınını az qala təkbaşına sındırdığını iddia edən “əzəmətli” Rusiya indi niyə elə kökə düşüb ki, vaxtilə öz əyaləti olmuş Ukrayna ilə bacara bilmir? Görün, hadisələrin axarı haraya gəlib çatıb ki, Putinin “demilitarizasiya əməliyyatı” Ukraynada deyil, Moskva səmalarında həyata keçirilir. Əlbəttə, bu sualları Ukraynanı qısa müddətdə demilitarizasiya edəcəyini söyləyən və artıq məzhəkəyə dönüşən “Xüsusi Hərbi Əməliyyat”a görə birbaşa məsuliyyət daşıyan Vladimir Putinə ünvanlmaq lazımdır. Ancaq təəssüf ki, ona bu cür sualları kimsə verə bilməz, çünki müharibədəki uğursuzluqlara görə Rusiyada istənilən şəxsi günahkarlandırmaq olar, təkcə Putindən başqa...

Rusiya Prezidenti elə bil xəyalında canlandırdığı alternativ reallıqda yaşayır və bu tarixi qələbəni az qala öz şəxsi qələbəsi kimi göstərmək istəyir. Aydındır ki, gurultulu hərbi parad sırf təbliğat xarakteri daşıyır və buradakı başlıca məqsəd Rusiyanın “yenilməzliyini və qüdrətini” nümayiş etdirməkdir. Digər yandan, bu parad şousu İkinci Dünya Müharibəsindəki qələbənin başlıca memarının guya Rusiya olduğunu sübut etməyə hesablanmış teatrdır. İndi bəlli olur ki, Vladimir Putin bu teatrda baş rolda yer almaqla özünü əbədiləşdirmək, müqəddəsləşdirmək niyyəti güdür.Ancaq Putin 9 may qələbə günü ilə bağlı tarixi faktları nədənsə nəzərdən qaçırır. Əgər SSRİ-nin qələbəsinin dərin səbəblərini öyrənmək istəyirlərsə, yaxşı olar ki, ABŞ-nin o vaxtkı “lend-liz” proqramına nəzər yetirsinlər. ABŞ bu proqram çərçivəsində Sovet İttifaqına hərbi texnika, dərman preparatları, ərzaq, avtomobil, təyyarə, tibbi ləvazimat, polad və digər yardımlar edib. Bu yardımların ümumi dəyəri daşınma xərcləri ilə birlikdə o dövrün hesabıyla 11,3 milyard dollar idi. Həmin yardımların dəyərinin indiki ekvivalenti bəlkə də birin yüzə nisbətindədir. Qısaca onu demək lazımdır ki, ABŞ-nin geniş yardımı və bütün SSRİ xalqlarının fədakarlığı, şücaəti olmasaydı Almaniya SSRİ-yə mütləq qalib gələcəkdi...

Vladimir Putinin 9 mayla bağlı “unutduğu” daha bir nüans var. Belə ki, bu bayrmadan ideoloji-təbliğat məqəsdiylə istifadə edən ilk şəxs heç də Putin deyil. Hitlər Almaniyası üzərində qələbə 1945-1947-ci illərdə qeyd olunsa da, sonradan İosif Stalin buna lüzum görməmişdi. Yəqin o, həm də düşünürmuş ki, bu bayram Oktyabr inqliabını kölgədə qoya bilər. Qələbə kultunun yardılması ideyası daha çox Sovet İttifaqı Kommunist Partiyasının başıçısı Leonid İliç Brejnevə məxsusdur. Brejnev sovet xalqının birliyini nümayiş etdirmək və həmçinin xalqa vətənpərvərlik hissi aşılamaq məqsədilə 9 may tarixini xüsusi rituallarla simvola çevirdi və beləliklə, 1965-ci ildən başlayaraq bu istiqamətdə çoxşaxəli ideoloji-təbliğat işlərinin həyta keçirilməsinə start verildi. Bu müharibədə sovet xalqının mətanətini, şücaətini, birliyini göstərmək məqsədlilə çoxsaylı filmlər çəkildi, kitablar yazıldı, mahnılar bəstələndi, ölkənin hər yerində xatirə kompleksləri tikildi, monumental heykəllər ucaldıdı. Sözsüz ki, Brejnevin özünün müharibədəki iştirakının şit şəkildə qabardılması da xüsusilə diqqət çəkir. Müharibə zamanı 18-ci ordunun siyasi şöbəsinin rəhbəri olmuş Brejnevə 1944-cü ildə general-mayor rütbəsi verilmişdi. Hakimiyyətinin sonlarında marazmatikə dönmüş Brejnev özünə Sovet İttifaqı Marşalı rütbəsi vermiş, özünü “Qələbə” ordeninə layiq görmüşdü. İndi də Putinin timsalında bu mənzərə bizə tanış gəlir.

Sovet İttifaqı 34 ildir ki, tarixə qovuşub. Rusiyanın Ukraynaya təcavüzü, eləcə də Putin Rusiyasının keçmiş SSRİ respublikaları əhalisinə göstərdiyi aşağılayıcı münasibət “Sovet xalqlarının sarsılmaz birliyi” ideyasının puçluğunu bariz şəkildə ortaya qoydu. Bunun da hazırda əsas səbəbkarı Putinin özü, onun ətrafı, hakimiyyətidir. Buna baxmayaraq, Vladimir Putinin köhnəlmiş simvoldan əl çəkməməsinin başlıca səbəbi SSRİ dağılandan sonra Rusiyanın qlobal miqyasda qürrələnəcəyi, öyünəcəyi və ideolji cəhətdən söykənə biləcəyi heç nəyinin olmamasıdır. Ona görə də

Kreml rəhbəri bütün parametrlərinə görə Leonid Brejnevin 9 may şousunu yamsılamaq məcburiyyətindədir.

Əslində, kimsə Putinə anlatmalıdır ki, onun tarixi missiyası Sovet İttifaqının qələbəsinin arxasında gizlənmək və ya Ukraynanı zəif bilib onun üzərinə şığımaqdan ibarət deyildi. Müharibədən öncəki Rusiya Ukraynanı öz şikarı sayırdı və ilk fürsətdə onu parçalaycağını zənn edirdi. İndi görürük ki, işlər tam tərsinə yürüyür və tədricən Rusiyanın özü yemə çevrilir...

Azərbaycana gəlincə, ölkə başçısının Putinin təşkil etdiyi bu şouya qatılmaması ölkəmizin xarici siyasətinin aktivinə yazılacaq addımdır. Məlum təyyarəmizin vurulması hadisəsi və buna görə adekvat tədbirlərin görülməməsi, üzr istənilməməsi başda olmaqla, ölkəmizə qarşı Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil olunan təxribatlar, xain kiberhücumlar, deputatımızın nümayişkaranə şəkildə Rusiyaya buraxılmayaraq, geri göndərilməsi, Rusiya siyasi elitasında müxtəlif səviyyələrdə Azərbaycanın ünvanına söylənilən təhqir və təhdidlər göstərir ki, Kreml bizə münasibətdə sözdə elan etdiyi “strateji tərəfdaş” statusundan çox-çox uzaqdır. Əksinə, büdrəməmizi, zəifləməyimizi gözləyir və bunun üçün də əlindən gələni edir.

Digər yandan, xalqımızın 1941-1945-ci illərdəki şücaətinə, çoxsaylı qurbanlarına rəğmən, Moskvanın Ukraynada işğalçılıq müharibəsi davam etdikcə, xüsusilə də Rusiya işğalçı hərbi maşını və Kremlin siyasi maraqları üçün təşkil edilən şoularda görünmək hansısa dövlətə müsbət heç nə verə bilməz...

/AzPolitika.info/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri