Icma.az
close
up
RU
İlham Əliyev: Yeni türk əsrinin lideri

İlham Əliyev: Yeni türk əsrinin lideri

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Doqquz ölkənin, o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan və Pakistanın bayraqları fonunda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin səsi inamlı, əsaslı və diplomatik bir həqiqəti əks etdirir: bu gün Bakı təkcə enerji dövləti deyil, həm də Avrasiyada güclənən türk nüfuzunun paytaxtıdır.

Bəs niyə Xankəndi, niyə Bakı yox?

Çünki doqquz ölkənin liderləri uzun illər münaqişənin mərkəzi olmuş bir şəhərdə bir araya gəlirlərsə, bu artıq sadəcə diplomatiya deyil. Bu, bir ölkənin və bir liderin iradəsi ilə yazılmış tarixi məqamdır. Bu gün Xankəndi artıq gərginlik nöqtəsi deyil, dünyaya açıq olan yeni dialoq platformasıdır. Bu məkan təsadüfən seçilməyib. Uzun illər ərzində dünya ictimaiyyəti, xüsusilə də Qərb reallığı görməzdən gəlməyi üstün tutdu: nə Azərbaycan xalqının çəkdiyi iztirablar, nə də onun torpaqlarının işğalı qəbul edilirdi.

Amma dövran dəyişib. İndi Azərbaycanla əməkdaşlıq etmək istəyən hər kəs birbaşa buraya, Xankəndiyə - azad olunmuş və yenidən qurulan ərazilərin mərkəzinə gəlməlidir. Bu, artıq coğrafiya deyil, bu, siyasi simvoldur. Azərbaycanın ağır günlərində yanında olan ölkələr bu gün bu torpaqlara qürur və sevinclə gəlirlər. Onların həm siyasi, həm də mənəvi dəstəyi artıq əməli işlərə çevrilib. Xankəndidə həmrəylik gələcəyə çevrilir. 

Dirçəliş siyasi simvol kimi 

Yüksək səviyyəli sammitin məhz Xankəndidə keçirilməsi sadəcə bir hadisə deyil, bu, siyasi mesajdır. İlham Əliyevin rəhbərliyi ilə onilliklər boyunca sabitlikdən uzaq olmuş bir bölgə bu gün beynəlxalq əməkdaşlıq, tranzit layihələri və davamlı inkişaf üçün meydançaya çevrilib. Əliyev regionun bərpasını təkcə daxili birliyə deyil, həm də ölkənin xarici siyasətdə mövqelərinin möhkəmlənməsinə xidmət edən alətə çevirib. Dağıdılmış bir bölgənin beynəlxalq forumlara ev sahibliyi etməsi reklam deyil, bu, strateji diplomatiyadır. 

Türk birliyi: Şüarlardan əməli addımlara 

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan türk dünyasının inteqrasiya mərkəzinə çevrilib. Türk Dövlətləri Təşkilatının təsisçilərindən biri olan Bakı ardıcıl şəkildə mədəni, iqtisadi və siyasi yaxınlaşma ideyalarını irəli aparır. Türk dünyası üçün vahid enerji məkanının yaradılmasının zəruriliyini ilk dəfə məhz İlham Əliyev dilə gətirmişdi və bu gün bu ideyalar Astana ilə Ankaraya qədər geniş əks-səda doğurur. Üstəlik, Xəzəri Avropa və Cənubla birləşdirən tranzit dəhlizlərinin inkişafı Azərbaycanı yeni geosiyasi düzənin “türk habı”na çevirir.

Regionun enerji nəhəngi olan Azərbaycan bu gün təkcə neft-qaz ixracını artırmaqla kifayətlənmir eyni zamanda İlham Əliyevin rəhbərliyi ilə ölkə gələcəyin enerji sisteminin təməlini strateji şəkildə qurur. İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr artıq hidrogen və alternativ enerji sahəsində birgə təşəbbüsləri irəli aparmaq üçün deklarasiyalar imzalayıblar. Bu dialoqun mərkəzi bir daha Bakı olub. Məsələ təkcə resurslarda deyil burada etimad ön plandadır: tərəfdaşlar Azərbaycanı ona görə seçirlər ki, bu ölkə sabitdir, etibarlıdır və əməkdaşlığa açıqdır. 

Şərq, Cənub və dünyanın mərkəzi arasında körpü 

Prezident İlham Əliyev inamla yeni bir diplomatik mənzərə formalaşdırır. Bu mənzərədə Azərbaycan sadəcə iştirakçı deyil, memardır. O, Mərkəzi Asiya ilə sıx əlaqələr qurur, ərəb dünyası ilə dialoqu dərinləşdirir, Türkiyə, Balkanlar və Cənubi Asiya ilə strateji tərəfdaşlığı genişləndirir. Azərbaycanın əsas iqtisadi tərəfdaşları sırasında Avropa İttifaqının ondan artıq dövləti o cümlədən İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan yer alır. Bu siyahıya Azərbaycanın neftini ən çox alan ölkələrdən biri olan Hindistan və Çin də qoşulub. Bakı ilə Pekin arasında münasibətlər sistemli etimada və gələcək əməkdaşlığa əsaslanan yeni mərhələyə qədəm qoyur.

Türkiyə isə həm Xəzərdən Avropaya, həm də Aralıq dənizindən Mərkəzi Asiyaya uzanan enerji körpüsündə Azərbaycanın ən etibarlı müttəfiqi olaraq qalır. İsraildə isə Azərbaycanla tərəfdaşlıq bəlkə də xarici siyasətdə həm koalisiya, həm də müxalifətin mübahisə etmədiyi yeganə mövzudur. Təsadüfi deyil ki, Təl-Əviv Bakını sadəcə müttəfiq yox, strateji tərəfdaş adlandırır və onu təkcə ərəb dünyasına deyil, daha geniş türk dünyasına uzanan etimad körpüsü kimi görür.

Son həftələrdə İordaniya, Pakistan və Fars Körfəzi ölkələri ilə imzalanmış razılaşmalar isə bir həqiqəti daha aydın göstərir: bu gün Azərbaycan sadəcə tranzit ölkə deyil, cazibə mərkəzidir. Burada sadəcə maraqlar toqquşmur, burada regionlararası yeni əlaqə məntiqi formalaşır.

Gündəm müəyyən edən lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi. O, bölgənin diplomatik xəritəsini yenidən cızdı. Xankəndi artıq təkcə bərpa olunmuş bir şəhər deyil, dialoqun yeni paytaxtıdır. Burada Şərq Şərqlə görüşür, türk dünyası isə qlobal gələcəklə birləşir. Bu gün Azərbaycan gündəmi özü müəyyən edir. Vaxtilə onun səsinə məhəl qoymayanlar, bu gün onu dinləməyə məcburdurlar.

Çünki Qarabağda artıq silah səsləri yox, qərarlar səslənir. Bu qərarları verən şəxs sübut etdi ki, liderlik təkcə status deyil, fəaliyyətdən doğan haqdır. Onun adı  İlham Əliyevdir. 

Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi

Tərcümə edən: Səbinə Uğur
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri