Icma.az
close
up
RU
İlham Əliyevin Ağdama səfəri: “Bu torpaqların əsl sahibləri qayıdıblar”

İlham Əliyevin Ağdama səfəri: “Bu torpaqların əsl sahibləri qayıdıblar”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.

Səfər çərçivəsində bir sıra infrastruktur layihələrinin açılışı və yeni layihələrin təməlatma mərasimləri həyata keçirilib.

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə Prezident İlham Əliyevin Ağdamda Muğam Mərkəzinin açılışında çıxış edərək 30 ilə yaxın müddət ərzində Ağdam və digər ərazilər işğal altında qalarkən Ermənistan tərəfindən bu ərazilərdə genişmiqyaslı vandallıq aktları törədildiyini, şəhərlər və kəndlərin tamamilə dağıdıldığını qeyd edib:

"Ağdam vaxtı ilə Azərbaycanın ən gözəl rayonlarından biri olduğu halda, işğal dövründə xarabalığa çevrilmişdi. Hətta qəbiristanlıqlar belə dağıdılmış, yaşıllıqlar məhv edilmişdi.

Prezidentin çıxışında vurğulandı ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəyə ilk səfər edən xarici media nümayəndələri Ağdamı Xirosima və Naqasaki kimi şəhərlər ilə müqayisə edərək, bu vandalizmin miqyasını dünya ictimaiyyətinə çatdırmışdılar.

Lakin torpaqlar işğaldan azad olunduqdan sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb və artıq Ağdamda 100 min nəfərlik şəhər salınmaqdadır. Artıq bir çox layihələr icra olunub və başa çatmış obyektlərin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib".

Millət vəkili qeyd edib ki, səfər çərçivəsində Bakı-Bərdə-Ağdam dəmir yolunun istifadəyə verilməsi, Ağdam Dəmir Yolu Vağzalının açılışı, Bakı-Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, Ağdam Muğam Mərkəzinin açılışı həyata keçirilib:

"Hazırda Ağdamda və ümumilikdə Qarabağ bölgəsində su, elektrik, kommunikasiya xətləri, sosial və iqtisadi obyektlər, mülki və xüsusi tikililər istifadəyə verilir. Bu işlər, eyni zamanda, Azərbaycanın öz əzəli torpaqlarına qayıdışının təntənəli sübutudur. Dövlət tərəfindən görülən işlər həm də bütün dünyaya bir mesajdır. Bu torpaqların əsl sahibləri qayıdıblar və burada həyat yenidən canlanır.

Prezident İlham Əliyev Ağdam dəmir yolunun gələcəkdə Xankəndinə qədər uzadılmasının planlaşdırıldığını da qeyd etdi. Layihənin təxminən 1,5–2 il ərzində başa çatdırılması nəzərdə tutulur.

Bu yol nəqliyyat baxımından bölgəyə gediş-gəlişi asanlaşdıracaq, xüsusən də yeni istifadəyə verilmiş Qarabağ Universitetində təhsil alan tələbələr, bölgəyə qayıdan vətəndaşlar və turizm məqsədilə gələn qonaqlar üçün böyük rahatlıq yaradacaq.

Qeyd edim ki, Ağdam və digər azad olunmuş ərazilərdə aparılan quruculuq işləri davam edəcək və bu torpaqlar öz əvvəlki gözəlliyinə qovuşacaq".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: İlham Əliyev Ağdama səfəri Arzuxan Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri