Icma.az
close
up
RU
“Ağdama ağ günü İlham Əliyevin diplomatiyası bəxş etdi...”

“Ağdama ağ günü İlham Əliyevin diplomatiyası bəxş etdi...”

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 “Adı "ağ"la başlayan qədim şəhərimiz Ağdamın qara günü 1993-cü il iyulun 23-də başladı. Bu, şəhərin təcavüzkar Ermənistan tərəfindən sadəcə işğal edilməsi deyil, eyni zamanda barbarlığın növbəti təzahürü, evlərin təkcə damlarının yox, həm də divarlarının ağ daşlarının sökülüb daşındığı, tarix və mədəniyyət abidələrinin,  qəbiristanlıqların yerlə yeksan edildiyi, daş üstə daşın saxlanmadığı, Xirasimoya, ruhların dolaşdığı  yerə çevrildiyi günün başlanğıcı idi. İşğalçı şəhərdə yalnız bir məscidi saxladı. Ondan da müşahidə məntəqəsi kimi istifadə etdi. Sakinlər məcburi köçkünə çevrildilər. Qara günə 2020-ci il noyabrın 20-də son qoyuldu.  Ağdam ağ günə çıxdı”. 

Adalet.az xəbər verir ki, Milli Məclisin sədr müavini, millət vəkili Musa Qasımlı deyib. 

O, bildirib ki, Ağdama ağ günü cənab Prezidentimiz İlham Əliyevin siyasəti, diplomatiyası bəxş etdi:

“Şəhər bir patrondan istifadə edilmədən düşmən qüvvələrindən təmizləndi. Döyüşlə alınsaydı nə qədər şəhid verərdik? Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azad edildikdən sonra şəhərin həyatında quruculuq dövrü başladı. Dövlət başçımızın Ağdama hər bir səfərində yaşayış binalarının, infrastruktur layihələrinin əsası qoyuldu və tikilənlərin açılışı oldu. Qısa müddətdə dəmir yol vağzalı, məktəb inşa edildi və s. Tikilən Muğam Mərkəzində Muğam müsabiqəsinin keçirilməsi mədəniyyətimizin bu yerlərə qaytarılması və böyük mədəniyyət hadisəsi oldu. Dağıdılmış tarix-mədəniyyət abidələrimiz, məscidlərimiz, Qarabağ xanı Pənahəli xanın XVIII əsrə aid imarəti yenidən tikilir. Tariximiz özümüzə qaytarıldı. Azadlığın mübarək, Ağdam! İşğal illərinə və azad edildikdən sonraya aid bir neçə fotoşəkil hər şeyi deyir”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri