Icma.az
close
up
RU
İlham Əliyevin beynəlxalq müstəvidə təqdim etdiyi Azərbaycan: balanslı və çoxvektorlu siyasət ŞƏRH

İlham Əliyevin beynəlxalq müstəvidə təqdim etdiyi Azərbaycan: balanslı və çoxvektorlu siyasət ŞƏRH

Icma.az bildirir, Report.az portalına istinadən.

Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində dünyanın qlobal örnək aldığı siyasətçi olduğunu növbəti dəfə nümayiş etdirdi.

Prezident, sadə dillə, yaşından və təcrübəsindən asılı olmayaraq hər kəsin başa düşəcəyi tərzdə dahiyanə fikirlər ortaya qoyub.

Müasir dünyanı gərgin hadisələr, müharibələr bürüyüb. Həm qonşularda, həm region ölkələrində gərginlik və münaqişələr yaşanır. Bu gün Azərbaycan bu gərginliklər içində "sabitlik adası" rolunu oynayır. Şübhəsiz ki, bunlara praqmatik, balanslı və çoxvektorlu siyasətlə nail olunub.

Dövlət başçısı son müsahibəsində bu məsələlərə də toxunub, Gürcüstan, Ukrayna və digər bölgələrdə yaşanan hadisələrə diqqət çəkib. Məsələn, qonşu Gürcüstanda baş verənləri şərh edən dövlət başçısı bildirib ki, Gürcüstan Azərbaycan üçün mühüm tərəfdaş və yaxın dostdur:

"Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin".

Prezidentin vermək istədiyi mesaj ondan ibarətdir ki, qonşu dövlətdə sülh və əmin-amanlıq Azərbaycan üçün də mühüm önəm kəsb edir və bütün siyasətini də bu istiqamətdə qurub və quracaq.

Yada salaq ki, Gürcüstan da ərazisində münaqişə görən və torpaqları işğal olunan dövlətdir. Məhz 2008-ci ilin avqustunda Qərbin təhriki ilə işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya ilə müharibəyə başlasa da, nəticə acınacaqlı oldu. Rusiya tankları Tbilisinin bir neçə kilometrliyinə yaxınlaşdı. Nəticədə Abxaziya və Cənubi Osetiya Gürcüstandan alındı.

Tbilisini bu avantüraya cəlb edən Qərb isə baş verənləri qıraqda dayanıb müşahidə etməklə kifayətləndi.

Analoji prosesi Ukrayna ilə bağlı da söyləmək olar. Kiyev rəhbərliyi birdən-birə hiss etdi ki, sürətlə NATO-ya, Avropa İttifaqına üzv ola bilər. Lakin nəticə fərqli oldu. Ölkədə dəfələrlə müxtəlif “rəngli inqilablar” həyata keçirildi, hakimiyyətlər dəyişildi. Rusiya ilə müharibə isə ölkəni ağır sosial, siyasi, iqtisadi vəziyyətə saldı. Prosesin sonu isə hələ də görünmür.

Bütün bunların fonunda Azərbaycanı həm daxildə, həm də xaricdə təxribata çəkən qüvvələr də tapıldı. Gürcüstandan nümunə götürməyə, işğal altında olan torpaqlarını azad etməyə çağırışlar səsləndi. Daxili müxalifət də bütün fəaliyyətini bu istiqamətdə qurur, hakimiyyəti sərt tənqid edirdi. Lakin Prezident İlham Əliyevin söylədiyi "nəyi nə vaxt və necə etməyi gözəl bilirəm” fikirləri onlara verilən ən tutarlı cavab oldu.

İndi də Gürcüstan rəhbərliyi bu kəlamdan irəli gələrək hərəkət edir, Qərbin onu Rusiya ilə müharibəyə cəlb etmək, burada ikinci cəbhə açmaq planlarına qarşı çıxır. Bir sözlə, Tbilisi Qərbdən edilən çoxsaylı, total təzyiqlərinə qarşı mübarizə aparır.

İlham Əliyev rusiyalı jurnalistə müsahibəsində bu məsələlərə də yer verib:

“Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.

Məlumat üçün bildirək ki, Qərb və onun təşkilatları analoji ssenarini Azərbaycanda da həyata keçirməyə çalışdılar. Uzun illər yerlərdəki emissarları vasitəsilə müxalifəti maliyyələşdirib hakimiyyətə qarşı çevirməyə çalışılsa da, bu cəhdlər nəticəsiz oldu. Azərbaycan xalqı hakimiyyət, prezidentin yürütdüyü siyasətə sadiqlik nümayiş etdirdi. Bu həmrəylik də özünü 44 günlük müharibədə göstərdi. İlham Əliyevin müdrik idarəçilik qabiliyyəti nəticəsində Azərbaycan xalqı 200 illik separatizm hərəkatına son qoydu, ölkənin ərazi bütövlüyü bərpa olundu.

Prezident Rusiya nəşrinə müsahibəsində Gürcüstanda baş verənlərin Azərbaycanın milli maraqlarına tam uyğun olduğunu bir daha bəyan edib. Dövlət başçısı çox aydın şəkildə bildirib ki, Qərb dövlətləri müxtəlif strukturları ilə yerli təşkilatlara maliyyə yardımı ayırmaqla onları asılı vəziyyətə salmağa çalışır. Konkret olaraq ABŞ-nin indiki rəhbərliyi bu istiqamətdə addımlar atır.

“Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”, - deyə İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin həm də sülhsevər, dünyada əmin-amanlığın təmin olunmasına çalışdığı da xüsusi vurğulanmalıdır.

Məsələn, dövlət başçısı müsahibəsində dünyada sülhsevər missiya carçısı olduğunu da ortaya qoyub. İki qlobal güc - NATO ilə Rusiya arasında qarşıdurmanın olmayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, dünya birliyi, regionla həmsərhəd olan ölkələr bu qarşıdurmanın fəlakətli nəticələrini dərk edir:

“...Mən yenə də ümid edirəm ki, Birləşmiş Ştatlarda administrasiya dəyişikliyi həm də xarici siyasət istiqamətlərində dəyişiklik olacaq. Cənab Trampın birinci prezidentlik dövründəki təcrübəsi, eləcə də onun və komandasının üzvlərinin seçkiqabağı kampaniyası zamanı və ondan sonra verdikləri bəyanatlar buna ümid etməyə imkan verir. Buna görə də NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”.

Bu gün regional, qlobal problemlərin həlli ilə bağlı dünyanın bir çox liderləri danışır, mülahizə və təkliflər irəli sürürlər. Lakin əksəriyyəti də kağız üzərində qalır. Azərbaycan Prezidenti isə onlardan fərqli olaraq problemlərin kökü, mahiyyəti haqda təhlili sadə dildə ifadə etmək bacarığına malik lider siyasətçidir.

Bütün bunlar dünyanın qlobal mənada İlham Əliyev kimi liderlərə ehtiyacın olmasını üzə çıxarır. Dünya gördü ki, İlham Əliyev 2003-cü ildən bəri keçən müddətdə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirməyə müvəffəq oldu. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu və çoxəsrlik tariximizdə bunabənzər şərəfli və qürurlu günlər olmayıb.

Yekunda sadəcə onu deyə bilərik ki, Prezident İlham Əliyev tək regional deyil, beynəlxalq aləmin ehtiyac duyduğu bir dövlət başçısıdır. Məhz onun balanslaşdırılmış, çoxvektorlu siyasətinin nəticəsidir ki, Azərbaycan nəinki ərazi bütövlüyünü, həm də suverenliyini bərpa etdi. Bu gün bu təcrübədən Gürcüstan kimi dövlətlər yararlanmağa çalışır. Başqa sözlə, Azərbaycanın 20 il bundan əvvəl gəldiyi qənaəti Tbilisi hökuməti indi əxz edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Dekabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri