Icma.az
close
up
RU
Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirib

Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirib

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır.Bu siyasətin əsas məqsədi — müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkənin milli maraqlarını qorumaq və beynəlxalq nüfuzunu gücləndirməkdir. Ölkəmiz eyni zamanda bir neçə geosiyasi mərkəzlə əməkdaşlıq edir: Avropa İttifaqı (Qərb), Türk Dövlətləri Təşkilatı (Türk dünyası) və MDB (post-sovet məkanı)."Çoxvektorlu xarici siyasət" anlayışı Azərbaycan diplomatiyasının əsas dayaqlarından biridir.

Hətta aralarında ziddiyyətlər olan ölkələrin və regional təşkilatların Azərbaycan hər biri ilə münasibətləri qarşılıqlı fayda, iqtisadi maraqlar və siyasi neytrallıq prinsipləri əsasında qoruyur. Bununla da ölkəmiz geosiyasi rəqabət meydanında körpü rolunu oynayır.
Prezident İlham Əliyevin son günlərdə müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq və regional tədbirlərdə iştirakı diversifikasiya olunmuş xarici siyasətin təzahürüdür. Prezidentin şəxsi nüfuzunun, ona olan ehtiramın, onun beynəlxalq dialoqlarda fəal iştirakının diplomatik münasibətlərimizdə böyük rolu var.
Dövlət başçımızla dialoqa olan marağı Kopenhagendə keçirilən “Avropa Siyasi birliyinin” Sammiti, Qəbələdə keçirilən TDT zirvəsi və oktyabrın 10-da Düşənbədə keçirilən MDB Sammiti zamanı onunla keçirilən ikitərəfli görüşlər bir daha sübut edir. Azərbaycanın xarici siyasəti bloklara qoşulmama, amma hamı ilə işləmə prinsipinə əsaslanır. Bu siyasət sabitlik və etibarlılıq üzərində qurulub. Nəticədə, Azərbaycan multi-regional diplomatiyanın əsas aktorlarından birinə çevrilib və Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində aparıcı rol oynayır.
Son onillikdə aparılan uğurlu iqtisadi diplomatiya ölkəmizin xarici siyasətinin mühüm istiqamətinə çevrilib. Azərbaycan enerji, nəqliyyat və logistika layihələri (Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi, Bakı–Tbilisi–Qars dəmiryolu və s.) vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən strateji mərkəzə çevrilib. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi liderlik deməkdir — Azərbaycan regionda sabitlik, əlaqələndirmə və əməkdaşlıq platforması kimi çıxış edir.
Prezident İlham Əliyevin Düşənbədəki çıxışı MDB ölkələri arasında mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət prinsiplərinin möhkəmlənməsinə yönəlmiş ardıcıl siyasətin təzahürü oldu. Dövlət başçısının humanitar, mədəni və idman əməkdaşlığına dair mesajları bir daha göstərdi ki, Azərbaycan MDB məkanında birliyi, qarşılıqlı etimadı və sülhü gücləndirən təşəbbüslərin fəal iştirakçısıdır. Gəncədə keçirilən III MDB Oyunları və Laçının mədəniyyət paytaxtı seçilməsi bu siyasətin uğurlu nəticələridir.
Azərbaycan diplomatiyası bu gün balanslı siyasət yürütməklə yalnız regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib, ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının əməkdaşlıq mərkəzi kimi ön plana çıxarıb.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri