Icma.az
close
up
RU
İlham Əliyevin bu addımları Türk Dövlətləri Təşkilatını bir birinə daha çox bağlayır

İlham Əliyevin bu addımları Türk Dövlətləri Təşkilatını bir birinə daha çox bağlayır

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mayın 21-də Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi görüşü keçirildi və Azərbaycan Prezidenti orada iştirak etdi. Orada bəyannamə qəbul olundu və xüsusi olaraq qeyd edildi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılmalıdır. Hesab edirəm ki, bu məsələ Türk Dövlətləri Təşkilatının daxili işlər nazirliklərinin qarşısında duran əsas vəzifələrdəndir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov Prezident İlham Əliyevin mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşü zamanı olan "ölkələrimizə xaricdən müdaxilələr var və olacaq" fikrini şərh edərkən bildirib.

"Doğrudan da hər bir ölkəyə təhdidlər var və terrorçuların Azərbaycan ərazisinə gəlib burada sabitliyi pozmaq istəməsi gözləniləndir və bunu da dövlət başçısı haqlı olaraq vurğulayır. Belə təhdidlər mövcuddur və son illərdə həbs edilən terrorçular, daxildə olan antimilli qüvvələrin ünsürləri tərəfindən sabitliyi pozmaq cəhdləri açıq-aşkardır. Buna görə də cənab Prezident öz çıxışında qonaqları qəbul edərkən bu mövzuya da toxundu. Yəni, təkcə Azərbaycanı sevməyən ölkələr deyil, Türk Dövlətləri Təşkilatının üzvü olan dövlətlərə də xaricdən müdaxilələr olur. Bu, artıq bu günün reallığıdır. Buna görə də daxili işlər nazirlikləri həmişə ayıq-sayıq olmalıdırlar ki, sabitliyin pozulmasına imkan verilməsin.

Türk Dövlətləri Təşkilatı son illər, xüsusilə Türkiyə və Azərbaycanın dəstəyi ilə və xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Orta Asiya ölkələri ilə sıx əlaqələr saxlaması, ildə bir-iki dəfə həmin ölkələrə səfər etməsi və onlarla görüşməsi nəticəsində daha da güclənir. Bu kimi addımlar Türk Dövlətləri Təşkilatını getdikcə bir-birinə daha çox bağlayır. Artıq biz iqtisadi, siyasi, mədəni sahələrdə çox işlər görmüşük. Eyni zamanda iqtisadi baxımdan da Asiyanı Avropa ilə birləşdirən dəhliz məhz Azərbaycandan keçir və Azərbaycan bu işi çox yüksək səviyyədə həyata keçirir. Keçən il Xəzər üzərindən 11 milyon ton yük daşınıb. Bu rəqəmin daha da artırılması gözlənilir. Artıq Ələt limanının 25 milyon ton yük qəbul etməsi üçün hazırlıqlar görülür. Bu sahədə güclü iş aparılır".

Politoloq bildirdi ki, belə bir təşkilatın Turan dövlətini yaratmasını istəməyən qüvvələr çoxdur, o cümlədən Rusiya, Çin və digər ölkələr. 

"Çünki yeni dünya nizamında belə bir türk birliyinin yaranması müəyyən ölkələrdə narahatlıq doğurur. Məhz buna görə də bu birliyi parçalamaq istəyirlər. Elə bu yaxınlarda Avropa İttifaqının komissarının Orta Asiyada apardığı danışıqlar nəticəsində o bildirdi ki, Orta Asiyaya 12 milyard avro həcmində maliyyə yardımı ayrılacaq və bunun müqabilində Orta Asiya ölkələri Yunanıstanla münasibətləri yaxşılaşdırıb səfirlik açmağa razılıq verdilər. Belə məsələlər məhz Türk Dövlətləri Təşkilatına böyük zərbədir.

Hesab edirəm ki, burada Kiprin daxili işlər nazirinin iştirakı da vacibdir. Onların bu məsələlərdə daha diqqətli olacaqlarını düşünürəm. Fikrimcə, bizim Türk Dövlətləri Təşkilatı güclənəcək və dünyada tanınan böyük təşkilatlardan birinə çevriləcək. Təşkilatın məqsəd və məramı sabitlik, sülh və əmin-amanlıq olacaq. Bunun üçün Türk Dövlətləri Təşkilatı ciddi şəkildə hazırlanmalı, güclü iqtisadiyyata və güclü orduya malik olmalıdır ki, həmin sabitliyi və sülhü təmin edə bilsin. Bu istiqamətdə də daxili işlər nazirləri müvafiq işlər görməlidirlər" , - deyə Elşad Həsənov qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri