Icma.az
close
up
RU
İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynayır” Jalə Əliyeva

İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynayır” Jalə Əliyeva

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, Türk Dövlətləri Təşkilatı böyük potensiala malikdir. O vurğulayıb ki, Azərbaycan təşkilatın güclənməsinə daim sadiqdir, ölkələri ortaq türk kökləri birləşdirir və bu amil təşkilatı unikal edir. Əliyev, həmçinin, Türkiyə və Özbəkistanla müttəfiqlik münasibətlərini, digər üzvlərlə strateji tərəfdaşlığı qeyd edib və təşkilatın artan əhali, iqtisadi inkişafından danışıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva bildirdi ki, İlham Əliyevin dünən “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə böyük maraq və diqqətlə qarşılandı.

"Bu çıxış dünya ictimaiyyəti tərəfindən də izlənildi. Prezidentin açıqlamalarının hər birində bir daha Azərbaycan dövlətinin və onun rəhbərinin qətiyyətli mövqeyi, dönməz iradəsi öz əksini tapdı. Müsahibədə müxtəlif sahələrə dair suallara cavab verən dövlət başçısının Türk Dövlətləri Təşkilatı ilə bağlı mövqeyi də xüsusi diqqət çəkdi. Hamıya məlumdur ki, bu təşkilatın möhkəmlənməsi və inkişafı istiqamətində İlham Əliyevin səyləri danılmazdır. Onun təşəbbüsləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi nəticəsində Təşkilat bugünkü formatda inkişaf erməkdədir. Son dövrlərdə Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin intensivləşməsi, qarşılıqlı səfərlərin və görüşlərin artması, ölkələrin bir-birinin iqtisadiyyatına sərmayə yatırması gələcək inkişaf perspektivlərini daha aydın göstərir".

Millət vəkili əlavə etdi ki, prezidentin müsahibədəki cavabı Azərbaycanın öz köklərinə sadiq qalaraq türkdilli dövlətlərlə əlaqələri inkişaf etdirmək əzmində olduğunu nümayiş etdirdi.

"Xatırladaq ki, dövlət başçılarının Xankəndidə zirvə görüşü keçirilib, qarşılıqlı səfərlər baş tutub. Prezident İlham Əliyev yaxın günlərdə Türkmənistana da səfər edib. Türk Dövlətlərinin rəhbərlərinin onunla sıx təmasları, telefon danışıqları, təbrik mesajları və qarşılıqlı addımlar bu birliyin parlaq gələcəyinə inam yaradır. Oktyabr ayında Qəbələdə keçiriləcək növbəti görüş münasibətlərin daha da möhkəmlənməsinə və yeni uğurlu layihələrin hazırlanmasına mühüm töhfə verəcək", - deyə Jalə Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Avqust 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see193

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see150

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see123

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri