Icma.az
close
up
RU
İlham Əliyevin liderliyi beynəlxalq təşkilatlara yeni məzmun qazandırır

İlham Əliyevin liderliyi beynəlxalq təşkilatlara yeni məzmun qazandırır

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanın artan nüfuzu və beynəlxalq təşkilatlara rəhbərlik etmək təcrübəsi milli dövlətimizin yeni missiya və funksiyalarını formalaşdırıb. Hələ 2009-cu ildə Naxçıvanda Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatı yaradılarkən, əslində Azərbaycan ilk dəfə yeni əsaslarla beynəlxalq bir təşkilat yaratmağın təməlini qoymuşdu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinin Türk dünyasındakı güclü rolundan və siyasətindən danışarkən bildirdi.

"Sonrakı mərhələdə milli dövlətimizin təşəbbüskarlığı və Azərbaycan Prezidentinin səyləri yeni imkanlar yaratdı. Nəticədə, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olması və bu təşkilatın yenidən təşkilatlanması baş verdi. Hazırda bu beynəlxalq təşkilat çərçivəsində keçirilən tədbirlər Azərbaycanın dövlətçilik tarixində və ECO-nun tarixində bir sıra ilklərlə yadda qalır. İlk dəfə Laçın şəhərində ECO Qadın Forumu keçirildi. İlk dəfədir ki, Xankəndidə ECO-nun Gənclər Forumu təşkil olundu. Nəhayət, bu gün ECO-nun Zirvə toplantısı da baş tutdu".

Deputat qeyd etdi ki, bu prosesə hansı aspektdən yanaşsaq, burada Azərbaycanın və Prezident İlham Əliyevin liderliyi aydın şəkildə görünür.

"Bu liderlik isə beynəlxalq təşkilatlara yeni məzmun və dinamizm qazandırır. Hazırda Xankəndidə dost və qardaş ölkələrin liderləri ilə Prezident İlham Əliyevin görüşməsi, bu tədbirin yüksək səviyyədə təşkil olunması, həm Azərbaycanın nüfuzundan, həm də Prezidentin şəxsi nüfuzundan xəbər verir. Nəticə etibarilə, bu qədər dövlət başçısının hansısa bir tədbir çərçivəsində eyni vaxtda bir araya gəlməsi nadir hallarda baş verir.

Ona görə də, bu tədbir Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini, rolunu və nüfuzunu daha da artırmaqla yanaşı, Prezident İlham Əliyevin liderlik simvoluna çevrilməsi ilə yadda qalır. Bu isə Azərbaycan xalqında haqlı qürur hissi yaradır", - deyə Hikmət Babaoğlu bildirdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyul 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri