Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İlham Əliyevin liderliyi: Azərbaycanın inanılmaz qələbələri

İlham Əliyevin liderliyi: Azərbaycanın inanılmaz qələbələri

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Son illər Azərbaycanın möhtəşəm qələbələrə, zəfərlərə, uğurlara imza atması artıq bir ənənə halını alıb. 2024-cü ildə Azəbaycan üçün siyasi, iqtisadi, hərbi,  xarici siyasət  baxımdan ciddi uğurları və qələbələri ilə yadda qalıb".
Bunu Ölkə.Az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib
Onun sözlərinə görə, Azərbaycan bu uğurlara ancaq və ancaq müasir  Azərbaycan dövlətinin memarı və qurucusu  Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan inkişaf strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən  uğurla həyata keçirməsi nəticəsində mümkün olub.
"Biz bu gün bir daha Ulu öndərin cənab Prezident İlham Əliyevi öz siyasi irsinin layiqli davamçısını müəyyən etməsi  və  özünəxas müdriklik və uzaqgörənliklə  bəyan etdiyi “Mən​ ona​ özüm qədər​ inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ifadəsinin  bu gün  dünyada təsdiqləməsinin şahidi oluruq. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın xaosdan, vətəndaş müharibəsindən və ölkəsinin siyasi xəritədən silinmə  təhlükəsindən xilas edərək müstəqilliyinin dönməzliyinin, təhlükəsizliyinin, sabitliyinin təmin edilərək, davamlı inkişaf mərhələsinə qədəm qoyması kimi xarakterizə olunursa,  cənab Prezident İlham Əliyevin hakimiyyəti dövrü ölkəmizin  hərtərəfli sıçrayışlı inkişaf,  güclü, qüdrətli  dövlətə çevrilib qələbələrə imza atan dövrü kimi  xarakterizə edilir".
Deputat bildirib ki, Prezident İlham Əliyevin  liderliyi altında  həyata keçirilən  hərtərəfli islahatlar, yürüdülən daxili və xarici  siyasət nəticəsində Azərbaycan qısa zamanda  iqtisadi, hərbi cəhətdən dünyanın  güclü və qüdrətli  ölkələrindən birinə çevrildi: "Məhz cənab Prezidentin yürütdüyü uğurlu xarici diplomatiya nticəsində  Azərbaycan beynəlxalq miqyasda ciddi uğurlara imza ataraq dünyada xüsusi nüfuza və hörmətə malik bir ölkə kimi tanındı. Bu uğurlu siyasətin nəticəsi olaraq  Azərbaycan   dünyanın ən mötəbər  BMT,  Qoşulamama Hərəkatı və digər  beynəlxalq təşkilatlara rəhbərlik etdi.  Azərbaycanın  sədrliyi dövründə  həmin beynəlxalq təşkilatların fəaliyyətində ciddi dönüş əldə edildi və  beynlxalq miqyasda   daha  nüfuzlu və söz sahibi olan təşkilata çevrildi. Azərbaycanın sədrliyi dövründə  həmin təşkilatlar beynəlxalq miqyasdakı problemlərin həllinə ciddi rol oynadı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVİD19 pandemiyası kimi qlobal  poblemin həllində oynadığı rolu qeyd etmək kifayətdir.  Məhz Azərbaycanın təşəbbüsü  və ciddi  səyi nəticəsində pandemiyaya qarşı beynəlxalq  aləmin birgə  mübarizəsini   təşil etmək mümkün oldu. Prezident İlham Əliyevin  uğurlu xarici siyasəti, o cümlədən qlobal çağırışlara zamanında  çevik reaksiya  verib ölkəmizin maraqlarına uyğun  transmilli enerji, iqtisadi, nəqliyyat,  taranzit-yükdaşıma, kommunikasiya layihələrini  həyata keçirilməsinə nail olması nəticəsində   Azərbaycanın qısa zamanda   beynəlxalq miqyasda   təkcə nüfuzlu bir ölkə deyil, eyni zamanda  ciddi bir oyunçu kimi  qəbul edilməsi ilə nəticələndi. Azərbaycan  Avrasiya coğrafiyasında Qərblə Şərqi, Şimalla Cənubi birləşdirən bir logistik mərkəzə çevrildi. Bütün bunlar  isə nəticə etibarı ilə Azərbaycanın  təhlükəsizliyinin  daha etibarlı şəkildə təminatçısı rolunu oynamaqla yanaşı, ölkəmizin qarşısında duran  çağırışların, hədəflərin, problemlərin həllinə  yeni imkanlar və fürsətlər yaratdı.  Konkret hədəflərə xidmət edən uzaqgörən, müdrik, qətiyyətli və cəsarətli  siyasət  nəticəsində   xeyrimizə olmayan geosiyasi prosesləri xeyrimizə  dəyişməklə Azərbaycanın qarşısında  bir nömrəli problem kimi dayanan  Ermənistanın işğalçılıq siyasətinə son verilərək ərazi bütövlüyü təmin olundu, suverenliyi tam şəkildə bərpa edildi. Bununla da Azərbaycan   Avrasiya corafiyasında  yeni reallıqlar yaratmış oldu.
Hazırda Azərbaycan yeni reallıqların yaratdığı çağırışlara,  hədəflərə uyğun  siyasətini  uğurla həyata keçirməkdədir. Yürüdülən siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan qlobal miqyasda daha ciddi  aktor rolunda çıxış etməkdədir. Bu il ölkəmizdə keçirilən COP29  bunun bariz nümunəsidir.  Uğurla başa çatan COP29 Azərbaycanın gücü ilə yanaşı, beynəlxalq miqyasda necə bir ciddi oyunçu olmasını, həm də ölkəmizin  qarşıdakı müddətdə inkişaf strategiyası  hədəflərini müəyyən etdi.
 Əgər 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkəmizin bu günədək qarşısında duran  hədəflərin icrasına xidmət etdisə, COP29  Azərbaycanın yeni hədəflərinə nail olunmasına  xidmət edəcək.  Bir daha qeyd edirəm ki, bütün bunlar ancaq cənab İlham Əliyevin ölkəmizə liderliyi nəticəsində mümkün olub. Əminəm ki, bundan sonra  Azərbaycan bundan sonra da cənab Prezidentin liderliyi altında  daha ciddi qələbələrə imza atacaq".
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri