Icma.az
close
up
RU
İlham Əliyevin Qəbələ mesajı: Türk dünyası qlobal ədalət və sülhün gücü olacaq

İlham Əliyevin Qəbələ mesajı: Türk dünyası qlobal ədalət və sülhün gücü olacaq

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı yalnız regional siyasət baxımından deyil, həm də qlobal miqyasda böyük mənəvi və siyasi əhəmiyyət daşıyırdı. Prezident vurğuladı ki, Türk dünyasının birliyi ədalətə, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanmalıdır.

Cənab Prezident çıxışında bildirdi ki, Azərbaycan hər zaman müstəqilliyini, suverenliyini və milli maraqlarını qətiyyətlə qoruyub və bu, Türk dövlətlərinin də qarşısında nümunəvi bir model kimi dayanır. İlham Əliyev dedi: “Biz Türk dövlətləri olaraq güclü olmalı, öz səsimizi dünyada eşitdirməli və beynəlxalq münasibətlərdə ədalətin bərpasına töhfə verməliyik.”

Prezident həmçinin Azərbaycan Ordusunun və xalqının qazandığı Qələbənin Türk dünyasında həmrəyliyə ilham verdiyini xatırlatdı. O, Azərbaycanın bərpa və quruculuq proseslərində Türk dövlətlərinin dəstəyinə minnətdarlıq ifadə etdi və bu birliyin gələcəkdə daha geniş coğrafiyada sülhün və sabitliyin təminatçısı olacağına inamını bildirdi.

İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqam, Türk Dövlətləri Təşkilatının beynəlxalq ədalətin bərpasında müstəqil mövqe tutması idi. Prezident qeyd etdi ki, dünya düzəni ədalətə əsaslanmadığı müddətcə sülh davamlı ola bilməz, və bu şəraitdə Türk dünyasının səsi – sülhün, sabitliyin və ədalətin səsi olmalıdır.

Qəbələ Zirvəsində səslənən bu fikirlər, İlham Əliyevin liderlik vizyonunu və Türk dünyasının gələcəyinə olan inamını bir daha nümayiş etdirdi. O, həm mənəvi, həm siyasi baxımdan Türk birliyini “ümid və güc mərkəzi” kimi səciyyələndirdi.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri