Icma.az
close
up
RU
İlham Əliyevin ədalət manifesti...

İlham Əliyevin ədalət manifesti...

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İlham Əliyevin yerli telekanallara dünənki müsahibəsinin yaratdığı böyük rezonans ali personanın nüfuzu ilə yanaşı, onun toxunduğu məqamların böyük maraq kəsb etməsinə bağlıdır. Artıq ənənə halını alan bu müsahibələr həm ötən ilin hesabatı xarakteri daşıyır, həm də yeni dövrdə gözlənilən yeniliklərin müjdəsi olur.

Ümumiyyətlə, Prezidentin müsahibələrinin, nitqlərinin mövzu dairəsi nə qədər fərqli olsa da, mahiyyətcə dəyişməz üslubu var. Bu fikirlər deklorativlikdən, bəlağətdən, süni ritorikadan uzaqdır, hesabat yönümlüdür, ən əsası isə səmimi ovqatlıdır. Uğurlarla bərabər, hökmən problemlərə toxunulur, onların həlli yolları göstərilir, ümumi fəaliyyətin və inkişaf trendinin yeni istiqamətləri elan edilir. 

Və bu üslub Prezidentin çıxışlarının ictimai marağının yüksək səviyyəsini daim təmin edir. Vətəndaşlar ölkə rəhbərinin onlara öz fəaliyyətinin və ölkədəki, dünyadakı sosial, iqtisadi, siyasi durumun hesabatını verməsindən məmnundurlar. Eyni zamanda əhali onu narahat edən məqamlardan Liderin də xəbərdar olduğunu və onun həlli üçün çalışdığını aydın görür, problemlərin “hər şey yaxşıdır, gözəldir və müsbətdir” şirması altında gizlədilməməsini razılıqla qarşılayır. 

Nəhayət, Prezidentin çıxışlarında ictimaiyyət “yolumuz haradır?”, “hədəfimiz nədir?”, “qarşıda bizi nə gözləyir?” kimi suallara cavab tapır və ölkənin müqəddəratının müəyyənləşdirilməsində iştirakçılıq hüququnun tanınmasını aydın müşahidə edir.

Elə dünənki müsahibəsində də Prezident bu üç mərhələni - hesabatlılıq; uğur və problemlər; yeni hədəflər əks etdirməklə bahəm, ölkə ictimaiyyəti ilə yanaşı, dünya birliyinə də olduqca önəmli mesajlar verdi.

İlham Əliyevin toxunduğu məsələlərin miqyası o qədər genişdir ki, onu azı 20 istiqamət üzrə təsnifatlaşdırmaq, hər istiqamət üzrə də onlarla təhlil vermək olar. Şübhəsiz, ölkənin əsas gündəmi olan bu mövzu analitik şərhlərlə geniş müzakirə olunacaq.

Prezident müsahibəsində onu sevindirən, qürurlandıran, narahat edən, hətta məyus edən proseslərdən, faktlardan danışdı. Bütün fikirlərində, toxunduğu məsələlərdə isə bir ifadə-anlayış qırmızı xətlə keçirdi: ədalət…

Prezident dünyadakı və ölkədəki uğurlardan bəhs edərkən məhz ədalətin bərpası ilə bağlı faktlara toxundu, problemlərdən danışarkən yenə də ədalətsizlikləri misal gətirdi. Mübaliğəyə varmadan deyək ki, “Qoy ədalət zəfər çalsın!” kredosu ilə 57 il öncə başlayan Heydər Əliyev missiyası bu gün İlham Əliyevin Azərbaycanda, Qafqazda yaratdığı, dünyada isə yaradılmasına böyük töhfələr verdiyi ədalət missiyası ilə davam edir.

İlham Əliyevin fəaliyyəti – ədalət manifestidir. İlham Əliyevin siyasi bioqrafiyası zəfər, inkişaf, quruculuq mahiyyətli olduğu qədər həm də ədalət anlayışının lokaldan qlobal miqyasadək təmini prosesini əks etdirir.

Prezident müsahibəsində toxunduğu məqamlar kontekstində bu fəaliyyətin və bioqrafiyanın ədalət məzmununda cərəyan etdiyi tam aydınlaşır. Ölkə rəhbəri Azərbaycanın onilliklər (əslində, əsrlər) boyu üzləşdiyi ədalətsizlikləri necə uğurla dəf etdisə, eyni qətiyyət və əzmkarlıqla dənizaşırı bölgəsindən Avropanın mərkəzinədək milyonlarla insanın hüquqlarının müdafiəsini təşkil edir. İstər Qoşulmama Hərəkatı, istər BMT və digər təsisatların platforması olsun, istər təkbaşına fəaliyyət – fərqi yoxdur, eyni mübariz ovqatda, ardıcıl tədbirlərlə ədalətin təmininə töhfələrini verir. Onlarla nümunənin timsalında İlham Əliyevin liderlik miqyasının Azərbaycan və Qafqaz hüdudlarını aşaraq, artıq qlobal məna kəsb etdiyini aydın görmək olar.

Prezident ədalətin gücünə daim inanıb və bunun təmini hədəfindən əsla vaz keçməyib. Necə ki xeyli fövqəldövlətin birgə səyi ilə işğal olunan Qarabağın azadlığı və həmin qlobal güclərin təsir dairəsində olan separatçı rejimin məhvi üçün böyük risklərə getdi, eləcə də dünyanın ən qüdrətli dövlətinin rəhbəri Co Baydenə “yox” dedi və onun administasiyasının rəsmilərinə qapını göstərdi, istədiyi ölkəyə səbəbsiz hərbi müdaxilə edən və heç kəsə hesab verməyi özünə sığışdırmayan Rusiyanı üzrxahlığa məcbur etdi, ötən əsrdəki soyqırımılarını indi də çəkinmədən davam etdirən Fransaya geri addım atdırdı… İlham Əliyevin ədalət tərəzisində mizanı pozulanların silsiləsini uzun-uzadı davam etdirmək olar.

Sual doğur: Diplomatiya ilə 17 yaşından nəzəri və praktik cəhətdən peşəkarcasına məşğul olan bir şəxsi ədalətin təmini üçün belə təhlükəli risklərə nə vadar edir?

İlham Əliyev fəaliyyətinin bütün mərhələlərində və sahələrində ilk qarşılaşdığı mənzərə məhz ədalətsizlik olub. 1988-ci ildə Moskvada pedoqoji fəaliyyəti dövründə də, 1994-cü ildən etibarən qlobal neft bazarında üzləşdiyi ikili standartlarda da, 1995-ci ildən etibarən Milli Məclisin deputatı kimi beynəlxalq təşkilatların işindəki müşahidələrində də ən çox ədalətsizliklə mübarizə apardı. Nəhayət Azərbaycan Prezidenti kimi əsas mücadilə hədəfi dövlətinə və xalqına qarşı ədalətsizliklər olub.

Onun mübarizəsinin başlıca qayəsi məhz ədalət idi. Xocalıya ədalət, Qarabağa ədalət, Azərbaycana ədalət, Azərbaycan xalqına ədalət… Və bunların hamısını da təmin etdi.

Ədalət anlayışı İlham Əliyev üçün güc əmsalında deyil. Buna görədir ki, əsrlərin birmənalı “Qaliblər mühakimə olunmur” - hökmünü Zəfər Komandanı əsas götürmədi, məğlubu, onun dövlətini – nə qədər rəzil və vəhşi olsa da, - əzmədi, məhv etmədi, ondan intiqam almadı, onunla layiq olmadığı tərzdə - ədalətli davrandı, ona yaşamaq, bəlalarından və səfalətdən qurtulmaq şansı verdi. Onu dalandan çıxartdı, taxıl, yanacaq verdi. Dünənki müsahibədə söylədiyi “Beynəlxalq hüquq pozulanda güclü olan haqlıdır. Bu bizim seçimimiz deyil. Biz hər zaman həqiqətə sadiq olmuşuq, həmçinin hər zaman ədalətə sadiq olmuşuq. Biz heç vaxt ədalətə uyğun olmayan heç bir şey etməmişik. Gördüyümüz bütün işlər tarixi, hüquqi və insani ədalətə əsaslanıb” – mülahizələri də bu baxımdan dəyərləndirilməlidir.

Prezidentlərin yataq otağından aparıldığı, başqa ölkələrin xüsusi xidmət orqanları tərəfindən terrora məruz qaldığı, yaxud da ərazilərinin davamlı itirilməsinə məhkum buraxıldığı indiki dövrdə liderlər “ədalət” anlayışından adətən bəhs etmirlər, onun təminini isə ümumiyyətlə, ağıllarından keçirmirlər. Bəli, ədalət indi çox təhlükəli ifadəyə çevrilib.

İlham Əliyev isə yalnız dünənki müsahibəsində deyil, Azərbaycanın ən ucqar kəndinin sakini ilə söhbətindən BMT-nin tribunasınadək bütün məkanlarda ədalətdən, onun təmini zərurətindən danışır, danışmaqla da kifayətlənmir, onun gerçəkləşməsinə töhfə verir, bu sahədəki təcrübələrini paylaşır, yardım umanın dadına çatır. Uzaq okeaniya sahillərində müstəmləçiliyə qarşı etiraz aksiyalarında adlarını çətinliklə çəkdiyimiz xalqların təmsilçiləri Azərbaycan Liderinin portretini qaldırırlarsa, bu, artıq İlham Əliyevin ədalət missiyasının qlobal miqyasda tanındığına, qəbul olunduğuna və örnək göstərildiyinə dəlalət edir.

Prezident dünən növbəti dəfə hər kəsi ədalətli olmağa, ədalət naminə səfərbərliyə səslədi. Cəmiyyətdəki ədalətsizliklərə, neqativ hallara, ədalətsiz kadrlara və məmur özbaşınaqlıqlarına qarşı öz vətəndaşlarını dözülməz olmağa çağırdı. “Biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq” - bu fikirlər İlham Əliyevin ədalət manifestinin dünən də, bu gün də, elə sabah da əsas çağırışlarıdır....

İlham Əliyevi güclü edən, gücünə güc qatan ən qüdrətli dəyər də elə ədalətdir…

Zatən, Azərbaycan Prezidenti üçün bir fövqəlgüc var: Ədalət… Hə, bir də, Azərbaycan xalqı, bu xalqın seçimi, iradəsi…

Əməkdar jurnalist İxtiyar Hüseynli,

Xüsusi olaraq “Qafqazinfo” üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Yanvar 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see610

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see404

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see385

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see361

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see319

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see294

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see279

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see244

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see221

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see214

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see201

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see199

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see195

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see192

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see185

“Mirzə Əsgərov bizim üçün əziz dost, dəyərli ziyalı və nümunəvi vətəndaş idi” VÜQAR RƏHİMZADƏ

07 İyul 2026 16:50see184

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see183

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

07 İyul 2026 23:57see179

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see171

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri