Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

İlham Əliyevin qərarı Nikol Paşinyan üçün əla nümunədir ŞƏRH

İlham Əliyevin qərarı Nikol Paşinyan üçün əla nümunədir ŞƏRH

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İndi Ermənistan rəhbəri sülhə sadiqliyini əməli addımlarla sübut etməlidir



"Ermənistan Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazırdır". Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan V Tiflis İpək Yolu Forumunun açılış mərasimində çıxışı zamanı deyib. Baş nazir bildirib ki, Ermənistan öz ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təkcə siyasi cəhətdən yox, həm də texniki cəhətdən təmin etməyə hazırdır. 

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Ermənistan tərəfi Prezidentin bəyanatını alqışlayıb. Baş nazirin müavini Mqer Qriqoryan bildirib ki, Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması regionda əməkdaşlıq və sülhə töhfədir. Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan da deyib ki, bu addım regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayıb. Qrono bildirib ki, Avropa İttifaqı bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bütün bu cür təşəbbüsləri və əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır: 

Cenevrədə Azərbaycan və Ermənistan spikerləri arasında dünənki görüş və İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti ekspertlərinin planlaşdırılan dəyirmi masa müzakirələri ruhlandırdı. Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması ilə bağlı növbəti Ermənistan-Türkiyə görüşünə elan edilmiş hazırlığı eyni dərəcədə alqışlayırıq". 

 Siyasi şərhçi Əlisahib Hüseynov Sherg.az-a deyib ki, bu addım regionda sülhə, sabitliyə və əməkdaşlığa böyük töhfədir. Onun sözlərinə görə, Azərbaycan növbəti dəfə bütün dünyaya nümayiş etdirdi ki, Bakı sülhü təkcə kağız üzərində deyil, praktikada reallaşdırır: 



"Azərbaycanın bu təşəbbüsü sülhə əməli töhfə verməklə bərabər, həm də Cənubi Qafqazda kommunikasiya xətlərinin bərpası və iqtisadi əməkdaşlığın genişlənməsi istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirilir. Biz bu addımımızla hamıya sülhün iqtisadi faydalılığını nümayiş etdiririk. Artıq iki ölkə arasında beynəlxalq nəqliyyat əlaqələrinin açılmasının təməli qoyuldu. Bu cür addımlar regionda qalıcı sülhün bərqərar olunması üçün çox vacibdir. Prezident İlham Əliyevin bu qərarının sayəsində Azərbaycan və Ermənistan sülhə daha da yaxınlaşdı. Ermənistanın hakim komandasının üzvləri də Azərbaycan Prezidentinin bu qərarını birmənalı surətdə alqışladılar. Paşinyan və onun komanda üzvləri başa düşürlər ki, iki ölkə arasında tranzit yük daşımalarının qarşılıqlı blokadadan çıxarılması həm iqtisadi inkişafa təkan verəcək, həm də regionda sabitliyi və təhlükəsizliyi möhkəmləndirəcək. Beləliklə, Azərbaycan yekun sülh sazişinə doğru daha bir addım atdı və real sülhə necə nail olmağın yolunu göstərdi. İndi də növbə Ermənistandadır". 


Analitikin fikrincə, Nikol Paşinyan növbəti seçkiləri udmaq və ölkəsini tərəqqi yoluna yönəltmək istəyirsə, Azərbaycanın sülh gündəliyi ilə hərəkət etməlidir:

 "Regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmlənməsi və sülh gündəliyinin irəliləməsi üçün Ermənistan tərəfi səmimi davranmalı və əməli cavab addımları atmalıdır. Dövlət başçısı İlham Əliyevin Ermənistan ilə Azərbaycan arasında sülhün institusionallaşdırılması baxımından atdığı bu addım mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin qərarı Nikol Paşinyan üçün əla nümunədir. İndi Ermənistan rəhbəri sülhə sadiqliyini əməli addımlarla sübut etməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri