Icma.az
close
up
RU
Bu səbəbdən Nikol Paşinyan İlham Əliyevin İrəvandakı tədbirdə iştirakını istəyir

Bu səbəbdən Nikol Paşinyan İlham Əliyevin İrəvandakı tədbirdə iştirakını istəyir

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Fikrimcə, baş nazir Nikol Paşinyan “Avropa Siyasi Birliyi”nin gələn ilin yazında İrəvandakı sammitinə qədər Prezident İlham Əliyevlə sülh sazişini imzalamağı arzulayır. Bununla Paşinyan iki məqsəd güdə bilər. Birincisi, sülh sazişi Avropa liderlərinin İrəvandakı toplantısına qədər imzalanarsa, Paşinyan parlament seçkisi öncəsi reytinqini gücləndirmiş olacaq. Bu onun üçün həyati əhəmiyyətlidir. İkincisi, Azərbaycanla sülh sazişi zirvə toplantısına qədər imzalanarsa, Prezident İlham Əliyevin İrəvandakı toplantıda iştirakına heç nə mane olmayacaq. İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı Avropa İttifaqı üçün arzuolunandır. Bu səbəbdən Nikol Paşinyan da İlham Əliyevin İrəvandakı tədbirdə iştirakını istəyir. İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı öz növbəsində Nikol Paşinyanın da “Avropa Siyasi Birliyi”nin Bakıdakı tədbirində iştirakına yolunu açacaq".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, buna baxmayaraq, Paşinyanın istəyinin reallaşması, yəni Azərbaycanla sülh sazişinin “Avropa Siyasi Birliyi”nin İrəvandakı toplantısına qədər imzalanması üçün Ermənistan Konstitusiyası bu il ərzində dəyişdirilməlidir:

"Paşinyan mayın 26-da “İrəvan dialoqu - 2025” ikinci beynəlxalq forumu zamanı buna eyham vurub: “Əgər Konstitusiya Məhkəməsi sülh sazişini təsdiq etməsə, Konstitusiya dəyişikliyi ilə bağlı təşəbbüslə özüm çıxış edəcəm. Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”. Paşinyanın cümləsinin birinci hissəsində konkret olaraq Konstitusiyanın sülh sazişinə qədər dəyişəcəyi söylənmir. Ancaq cümlənin ikinci hissəsində sülh sazişinin qısa müddətdə imzalamaq üçün əsas maneənin ortadan qaldırılmasına işarə var. Paşinyan sülh sazişi imzalanan gün Minsk Qrupunun buraxılması məqsədilə Azərbaycanla birgə ATƏT-ə müraciət edəcəyini də söyləyib. Paşinyanın bu açıqlamalarının arxasında onun mayın 16-da “Avropa Siyasi Birliyi”nin Tiranadakı toplantısında İlham Əliyevlə müzakirəsinin də təsiri olub.

İndi qalır, bu deyilənləri reallaşdırmaq. Paşinyan sülh sazişini “Avropa Siyasi Birliyi”nin İrəvandakı toplantısına qədər imzalamaqistəyirsə, sürətini artırmalı, il ərzində Konstitusiyaya ya referendum yolu ilə, ya da parlamentdə əncam çəkməlidir".

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri