Icma.az
close
up
RU
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir Mirziyoyev

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir Mirziyoyev

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Qlobal inkişafın ən aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu platforma olan Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasında sizi salamlayıram və burada olmaqdan böyük məmnunluq duyuram. Bu gün Xəzərin incisi olan gözəl Bakı şəhərində keçirilən konfransın yüksək səviyyədə təşkilinə və bizə göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, sizin rəhbərliyinizlə Azərbaycan, xüsusilə Qarabağ torpaqlarında sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan belə nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır”, – Özbəkistan Prezidenti qeyd edib.

“XXI əsrin ortalarınadək dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Eyni zamanda urbanizasiya bir sıra sosial problemləri daha da dərinləşdirir. Bu gün dünyada təxminən 3 milyard insanın normal yaşayış şəraiti yoxdur. Onlardan 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır, 300 milyondan çox insan isə ümumiyyətlə sığınacaqsızdır. İqlim dəyişikliyi, qeyri-sabit beynəlxalq vəziyyət və iqtisadi böhran yeni qlobal miqrasiya dalğaları yaradır, bu isə əhalinin ölkələr və şəhərlər arasında yenidən bölüşdürülməsinə gətirib çıxarır. Sadə dillə desək, urbanizasiya qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir göstərən mühüm amilə çevrilir. Bütün bunlar bizdən qətiyyətli və təxirəsalınmaz addımlar atmağı tələb edir”, – Özbəkistan Prezidenti qeyd edib.

Şavkat Mirziyoyev dayanıqlı şəhər inkişafı məsələsinin Özbəkistan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb və təkliflərini açıqlayıb:

“Birincisi, bütün regionlarda əhali üçün bərabər yaşayış şəraitinin yaradılması kiçik və orta şəhərlərin harmonik inkişafını tələb edir. Bu baxımdan tərəfdaş ölkələri balanslaşdırılmış urbanizasiya və şəhər inkişafı prinsipini geniş tətbiq etməyə çağırıram.

İkincisi, şəhər idarəçiliyində süni intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlardan bütün ölkələrin bərabər şəkildə faydalanması vacibdir. Bu məqsədlə texnologiyalar, standartlar və təcrübələrin sistemli mübadiləsini təmin etmək üçün beynəlxalq Ağıllı və Təhlükəsiz Şəhərlər Alyansının yaradılmasını təklif edirəm.

Üçüncüsü, gənclərin və əhalinin həssas qruplarının keyfiyyətli və əlçatan mənzillərlə təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə gələn il Səmərqənd şəhərində mənzil tikintisinin maliyyələşdirilməsi və investisiya qoyuluşuna dair yeni yanaşmaların müzakirəsi üçün beynəlxalq forum keçirməyə hazırıq.

Dördüncüsü, qlobal iqlim dəyişiklikləri fonunda yaşıl şəhərlərin yaradılması üçün ortaq prinsiplərin və standartların qəbul edilməsinə ehtiyac getdikcə artır. Təbiətlə harmoniyada inkişaf edən şəhərlərin təşviqi məqsədilə “UN-Habitat Yaşıl Şəhər Beynəlxalq Mükafatı”nın təsis edilməsini təklif edirəm. Beşincisi, urbanizasiya səviyyəsinin artması şəhərlərdə ənənəvi özünüidarəetmə strukturlarının rolunu daha da gücləndirir.

Bu baxımdan Dünya Şəhər Forumunun 15-ci sessiyasının 2030-cu ildə Yeni Daşkənddə keçirilməsini və əsas mövzunun “Şəhərlərin dayanıqlı inkişafında yerli icmaların rolu” olmasını təklif edirəm. Əminəm ki, bugünkü tədbir qarşılıqlı faydalı və perspektivli məsələlər üzrə birgə həllərin tapılmasına, yeni təşəbbüslərin ortaya çıxmasına və bu sahənin inkişafına mühüm töhfə verəcək”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 May 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri