Icma.az
close
up
RU
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu qət edib ŞƏRH

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu qət edib ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında 30 il işğaldan əziyyət çəkən, ədalətsizliklərlə mübarizə aparan Azərbaycanı necə dünyanın qabaqcıl dövlətlərindən birinə, qüdrətli və qalib ölkəyə çevirdiyindən danışdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

“Otuz il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu qət etdi. Bütün ikili standartlara, ədalətsiz yanaşmalara, təzyiqlərə baxmayaraq, heç bir qüvvə Azərbaycan Prezidentinin iradəsinə təsir edə bilmədi. Ölkəmiz inkişaf, tərəqqi yolu ilə inamla addımladı. Müdrikliklə müəyyənləşdirilmiş siyasət tarixi zəfərlərimizin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin əldə olunması ilə nəticələndi”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Bu gün qüdrətli Azərbaycanın nəhəng yenidənqurma prosesini də uğurla icra etdiyini söyləyən deputat qeyd edib ki, dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, işğal dövründə Ermənistan tərəfindən yerlə-yeksan edilmiş yüzlərlə şəhər və kəndimizi, məscidlərimizi, tarixi abidələrimizi bərpa edirik. Bu gün 50 mindən çox keçmiş məcburi köçkün artıq doğma torpaqlarında yaşayır. Azərbaycan Prezidenti çıxışında Ermənistan işğalı dövründə torpaqlarımızda yerləşdirdiyi minaların yaratdığı təhlükə barədə beynəlxalq ictimaiyyətə məlumat verdi. Təxminən son beş ildə bu minalar 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçinin həyatına son qoyub.

Düşünülmüş uğurlu xarici siyasət, müdrikliklə müəyyənləşdirilmiş enerji strategiyası tarixi nailiyyətlərimizdə böyük rola malikdir. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji siyasəti Azərbaycanı dünyada etibarlı tərəfdaşa, güclü mövqeyə malik ölkəyə çevirdi. Neft və qaz ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində atılan addımlar, icra olunan nəhəng layihələr Avropanın enerji xəritəsini dəyişdi. Bu gün Azərbaycan qazı dünyanın 14 ölkəsinə tədarük edilir. Ötən ay Azərbaycan Türkiyə ərazisi vasitəsilə Suriyaya qaz nəqlinə başladı. Həmçinin bu gün dünyanın nüfuzlu enerji şirkətlərini ilə ölkəmizdə bərpaolunan enerji layihələrinin icrasına cəlb edilir. Bütün bunlar düşünülmüş enerji strategiyamızın parlaq uğurlarıdır.

Azərbaycan dövlətinin ölkəmizin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi istiqamətində böyük işlər gördüyünü söyləyən deputat deyib: “Prezidentin dərin məzmunlu nitqində qeyd etdiyi əsas məqamlardan biri də ölkəmizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı idi. Azərbaycan uzun illərdir bu layihələrin reallaşması istiqamətində səylə çalışır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Ticarət Limanı, beynəlxalq hava limanları, müasir yol infrastrukturu ölkəmizin beynəlxalq nəqliyyat qovşağına çevrilməsini təmin edib. Eyni zamanda Zəngəzur dəhlizinin istifadəyə verilməsi bu istiqamətdəki mövqeyimizi daha da gücləndirəcək”.

Mircəlil Qasımlı bildirib ki, cari ilin avqustun Azərbaycan Prezidentinin tarixi ABŞ səfəri Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, Azərbaycan-ABŞ əlaqələri baxımından da tarixi əhəmiyyət daşıyır. Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində uzunmüddətli strateji tərəfdaşlıq üçün yeni səhifə açdı. Bu əməkdaşlıq siyasi, iqtisadi, enerji, müdafiə və regional təhlükəsizlik sahələrində tərəfdaşlıq imkanlarını sistemli şəkildə genişləndirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri