Icma.az
close
up
RU
İlham Əliyevin uzaqgörən siyasəti ölkənin mövqeyini gücləndirib ŞƏRH

İlham Əliyevin uzaqgörən siyasəti ölkənin mövqeyini gücləndirib ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan struktur transformasiyalar, güc balansının yenidən formalaşması və qeyri-müəyyənliyin sistemli xarakter alması dövlətlərin xarici siyasət strategiyalarına keyfiyyətcə yeni yanaşma tələb edir. Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik diplomatik kurs ölkəni klassik regional aktor statusundan çıxararaq Avrasiya məkanında funksional güc mərkəzinə çevirir. Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər bu transformasiyanın təkcə taktiki deyil, dərin strateji məntiqə əsaslandığını nümayiş etdirir. Bu tezisin əsas ideyası ondan ibarətdir ki, Azərbaycan artıq yalnız iştirakçı deyil, geosiyasi proseslərin strukturunu formalaşdıran, enerji və nəqliyyat arxitekturasını yönləndirən aktiv strateji dizaynerə çevrilib".

Bu fikirləri Redaktor.az-a Prezident İlham Əliyevin Antalya Diplomatiya Formunda iştirakını şərh edən deputat Rövşən Muradov bildirdi.

O vurğuladı ki, Antalyada Moldova, Şimali Kipr Türk Cümhuriyyəti, Suriya, Pakistan və Türkiyə rəhbərləri ilə keçirilən görüşlər Azərbaycanın çoxvektorlu diplomatiyasının inteqrativ model üzərində qurulduğunu göstərir:

"Moldova ilə dialoq enerji diplomatiyasının sadə resurs ixracından çıxaraq geosiyasi təsir alətinə çevrildiyini təsdiqləyir; bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində “təchizatçı” deyil, “sabitləşdirici faktor” kimi çıxış etməsi deməkdir. Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlıq türk dünyasında siyasi və institusional konsolidasiyanın dərinləşdirilməsi baxımından Azərbaycanın ideoloji və strateji mərkəz rolunu gücləndirir. Suriya ilə müzakirələr isə post-münaqişə dövründə rekonstruksiya diplomatiyasının tətbiqi ilə Azərbaycanın regional sabitliyin təminində yeni funksional rol qazandığını göstərir. Pakistan və Türkiyə ilə keçirilən görüşlər Azərbaycanın geosiyasi koordinasiya qabiliyyətinin daha yüksək səviyyəyə keçdiyini ortaya qoyur. Bu münasibətlər çərçivəsində formalaşan əməkdaşlıq modeli artıq klassik ikitərəfli əlaqələr formatını aşaraq çoxsəviyyəli strateji sinerji yaradır. Azərbaycan bu sistemdə yalnız tərəfdaş deyil, müxtəlif güc mərkəzləri arasında əlaqələndirici və balanslaşdırıcı funksiyanı yerinə yetirən “şəbəkəvi güc” aktoru kimi çıxış edir. Bu yanaşma dövlətçilik prinsiplərinin müasir interpretasiyası olmaqla, milli maraqların qorunması ilə qlobal inteqrasiyanın rasional sintezini təmin edir".

Müsabimizin sözlərinə görə, Prezident İlham Əliyevin forumda iştirakı ölkənin qlobal siyasi dialoqda artan rolunun və qərarvermə mexanizmlərinə təsir imkanlarının göstəricisidir.

"Forumda 150-dən çox ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı və geniş müzakirə gündəliyi beynəlxalq sistemin yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu şəraitdə Azərbaycan özünü yalnız milli maraqlarını qoruyan dövlət kimi deyil, həm də qlobal idarəetmə arxitekturasının formalaşdırılmasına töhfə verən məsuliyyətli və etibarlı tərəfdaş kimi təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət milli suverenliyin qorunması ilə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi arasında optimal balans yaradır. Antalya Diplomatiya Forumu çərçivəsində baş verən proseslər bir daha təsdiq edir ki, Azərbaycan artıq regional siyasətin obyekti deyil, onun subyekti və istiqamətləndirici qüvvəsidir. İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində ölkə enerji təhlükəsizliyi, nəqliyyat-logistika sistemləri və diplomatik koordinasiya sahələrində strateji üstünlük qazanmışdır. Azərbaycanın formalaşdırdığı bu model yalnız milli inkişafın deyil, bütövlükdə regionun sabitliyinin və qlobal əməkdaşlığın yeni paradiqmasının əsas sütunlarından biri kimi çıxış edir. Bu isə dövlətçilik ənənələrinə söykənən, lakin gələcəyə yönəlmiş innovativ idarəetmə fəlsəfəsinin praktik təntənəsidir", - deyə R.Muradov yekunlaşdırdı.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Aprel 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see392

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see266

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see263

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see259

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see259

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see255

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see254

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see252

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see250

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see249

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see238

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see230

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see228

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see228

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see228

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see227

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see226

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see224

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri