Icma.az
close
up
RU
Menu

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Dublin sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Dublin sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva, 13 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq siyasi arenada imkanlarının artdığını göstərdi. Dövlət başçısı eyni məkanda Avropa liderləri ilə enerji, nəqliyyat və investisiya məsələlərini, Ermənistanın Baş naziri Nikol Paşinyanla isə Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi üçün praktik addımları müzakirə edib.

AZƏRTAC xəbər verdiyi kimi, Prezident İlham Əliyev sammitin plenar iclasında və dəyirmi masasında iştirak edib, həmçinin on ikitərəfli görüş keçirib.

Azərbaycan liderinin şəxsi nüfuzu ölkənin xarici tərəfdaşlarının ən yüksək səviyyədə dialoqu davam etdirməkdə maraqlı olması ilə müşayiət olunur. Keçən il Aİ-nin ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissar Marta Kos, bu ilin martında Aİ Şurasının Prezidenti Antonio Koşta və Aİ-nin enerji və mənzil üzrə komissarı Dan Yorqensen, iyulda isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Bakıya səfər etmişdilər. Dublində Koşta Azərbaycan Prezidentini Brüsselə dəvət edib. Söhbət əsnasında uzunmüddətli qaz müqavilələri, maliyyələşdirmə mexanizmləri və Naxçıvan dəmir yolu layihəsinin qiymətləndirilməsi müzakirə edilib. Bu əlaqələr hər iki tərəfin maraq göstərdiyi layihələrin irəliləməsi üçün konkret işlərə əsaslanır.

Dublin görüşlərinin məzmunu Azərbaycan Prezidentinin qurduğu əlaqələrin müxtəlifliyini nümayiş etdirir. O, Ukrayna və Moldova liderləri Volodimir Zelenski və Maya Sandu ilə iqtisadi-ticari əməkdaşlığı, Bolqarıstanın Baş naziri Rumen Radev, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Rumıniya Prezidenti Nikusor Dan ilə enerji tərəfdaşlığının perspektivlərini, Çexiyanın Baş naziri Andrey Babiş ilə isə ticarət və investisiya məsələlərini müzakirə edib. Dövlət başçısı, həmçinin Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb. Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşdə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi aparılıb. Böyük Britaniya ilə uzunmüddətli neft və qaz əməkdaşlığı bərpaolunan enerji və yüksək texnologiyalar sahəsində əlaqələrin genişləndirilməsi üçün təməl yaradıb.

İkitərəfli müzakirələrdə əsas yer tutan enerji mövzusu sammitin ümumi gündəliyində daha da inkişaf etdirilib. Noyabrın 12-də Dublində keçirilən “Rəqabətqabiliyyətli Avropanın yaradılması: innovasiya, bağlantılar və əlçatan enerji” adlı dəyirmi masa müzakirəsində çıxış edən Prezident İlham Əliyev 2022-ci ildə Aİ ilə strateji tərəfdaşlıq memorandumunun imzalanmasından sonra Azərbaycanın Avropa İttifaqına qaz tədarükünün 8 milyard kubmetrdən 13 milyard kubmetrə qədər artdığını bildirib. Azərbaycan Aİ-nin on üzv dövləti də daxil olmaqla 16 ölkəyə qaz tədarük edir. Bu rəqəmlər Prezident İlham Əliyevin enerji siyasətinin nəticələrini nümayiş etdirir. Cənub Qaz Dəhlizi Azərbaycana yeni bazarlara çıxış imkanı verib və boru kəmərinin tam gücünün genişləndirilməsi məsələsi ortaya çıxarılıb. Eyni zamanda, Bakı bərpaolunan mənbələrdən elektrik enerjisi ixracı layihələri hazırlayır. Bu layihələr A. Koşta və N. Dan ilə görüşlər zamanı müzakirə olunub.

Prezident İlham Əliyevin balanslaşdırılmış kursu nəqliyyat siyasətində xüsusilə aydın görünür. Orta Dəhlizin inkişafı Azərbaycanın Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə daşımalarda rolunu gücləndirir. Rusiyanı İranla birləşdirən Şimal-Cənub marşrutunun qərb qolu da ölkədən keçir. 2024-cü ilin dekabrında Moskva və Bakı bu dəhlizlə tranzit yükdaşımalarının inkişafı haqqında saziş imzalayıb. Rusiya və Azərbaycan şirkətləri üçün birlikdə işləməyin dəyəri proqnozlaşdırıla bilən çatdırılma müddətlərinin necə olması, malların sərhəddən nə qədər tez keçməsi və daşınma xərcləri ilə müəyyən edilir. Məhz burada Azərbaycanın müxtəlif bazarlar arasında əlaqələndirici rolu praktiki əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin ardıcıl siyasəti Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində də özünü göstərib. Dublin görüşündə tərəflər sərhədlərin delimitasiyası, ticarət və tranzit, TRIPP marşrutu üzrə dəmir yolu və avtomobil yollarının layihələndirilməsi və elektrik şəbəkələrinin birləşdirilməsi perspektivlərini müzakirə ediblər. Ötən ilin noyabrından bəri Azərbaycan ərazisindən Ermənistana 105 min ton yük daşınıb. Bu rəqəm siyasi dialoqun ticarətə necə təsir etdiyini göstərir. Rusiya üçün Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi də iqtisadi maraq doğurur. Tranzit şərtləri razılaşdırıldığı üçün yükgöndərənlərin region daxilində əlavə çatdırılma variantları ola bilər.

Prezident İlham Əliyev 2022-ci ildə Praqada keçirilən ilk sammitdən bəri “Avropa Siyasi Birliyi”nin işində iştirak edir. Bunun ardınca Bulboaka, Oksford, Tirana və Kopenhagendə görüşlər keçirildi və bu ilin may ayında dövlət başçısı İrəvan sammitində videobağlantı vasitəsilə çıxış etdi. Eyni zamanda, Azərbaycan Rusiya və MDB-nin digər ölkələri ilə əməkdaşlığı inkişaf etdirir, Xəzər regionunda əlaqələri gücləndirir və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla İslam dünyasının çoxtərəfli formatlarında iştirakını genişləndirir. Bu yanaşmanın gücü ondadır ki, hər bir sahə öz maraqları və layihələri ilə dəstəklənir. Avropa ilə enerji əlaqələri, Rusiya və İranla nəqliyyat əməkdaşlığı və Xəzəryanı tərəfdaşlarla birgə fəaliyyət Azərbaycanın beynəlxalq danışıqlardakı imkanlarını ümumi şəkildə genişləndirir.

2028-ci ilin mayında Azərbaycan “Avropa Siyasi Birliyi”nin sammitinə ev sahibliyi edəcək. Prezident İlham Əliyev sammitlərdən birinin Bakıda keçirilməsini təklif edib. O, 2026-cı il mayın 4-də İrəvan sammitində videobağlantı vasitəsilə çıxış edərək təklifin qəbul edildiyini açıqlayıb və qeyd edib ki, Azərbaycan Ermənistanın dəstəyini alıb. İlk sammitdən bəri ölkəsinin maraqlarını irəli sürmək üçün bu platformadan istifadə edən dövlət başçısı üçün Bakı görüşü Dublində başlayan danışıqları davam etdirmək və Cənubi Qafqazda enerji, nəqliyyat və sülh prosesi ilə bağlı diplomatik fəaliyyətinin nəticələrini təqdim etmək üçün fürsət olacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see291

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see247

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see245

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see241

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see238

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see234

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see226

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see222

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see217

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see213

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see203

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see194

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see190

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see190

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see186

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see183

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see182

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see170

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see169

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri