Icma.az
close
up
RU
İlham Əliyevin verdiyi bu suala Rusiya 5 ildir cavab tapa bilmir

İlham Əliyevin verdiyi bu suala Rusiya 5 ildir cavab tapa bilmir

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə Vətən müharibəsi ilə bağlı maraqlı məqamlara toxunub. Müharibə dönəmində bəzi güc və dövlətlərin işğalçı Ermənistana həm silah, həm də maddi baxımdan böyük yardımlar göstərdiyini deyən İlham Əliyev, ermənilərin Şuşa şəhərinə atılan “İsgəndər M”  raketlərini necə əldə etdiklərinə bu gün də aydınlıq gətirilmədiyini bildirib:

“Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən "İsgəndər M" ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki "İsgəndər M" raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan "İsgəndər E", yəni eksport növüdür. "İsgəndər M" raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı”.

Maraqlıdır ki, Prezident İlham Əliyev düz 5 ildir ki, bu məsələni gündəmə gətirsə də, Kreml bir dəfə də olsun bu suala yalan və  ya doğru cavab verməyib. İlham Əliyevin bu qısa, aydın və eyni zamanda qılıncdan iti sualı qarşısında Moskva müticəsinə susmaqda, özünü eşitməzliyə qoymaqdadır. Halbuki, sual bir neçə dəfə, həm də kifayət qədər ucadan və cəsarətlə səsləndirilib və bundan sonra da zaman-zaman səsləndiriləcəyi şübhəsizdir.

Rusiya Azərbaycanın dövlət başçısı səviyyəsində ortaya qoyulan bu suala cavab verməsə də, əslində bu sualın cavabı məlumdur. Aydındır ki, “İsgəndər M” kimi böyük və ölümcül raket sistemlərinin dövlət rəhbərliyinin razılığı olmadan hansısa ölkəyə göndərilməsi, hərbi əməliyyatlarda tətbiq edilməsi mümkünsüzdür.  Bu isə o deməkdir ki, “İsgəndər M” raketləri Rusiya dövləti tərəfindən məqsədli şəkildə Ermənistana verilib. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, ordumuz daxilində kütləvi itkilərə nail olmaq, Ermənistanı labüd məğlubiyyətdən xilas etmək olub. Lakin məlum olduğu kimi, nə Rusiya, nə də Ermənistan bu məqsədlərdən heç birinə nail olmadı. Azərbaycan Ordusu erməni faşizmini ağır məğlubiyyətə uğratmaqla  ərazi bütövlüyünü təmin etdi, Qarabağın taleyi ilə bağlı bütün söz-söhbətlərə nöqtə qoydu. Və rəsmi Bakı bütün anti-Azərbaycan qüvvələrinə sübut etdi ki, kimin nə düşünməyindən, nə etməyindən asılı olmayaraq, hər şeyin sonunu yalnız və yalnız o müəyyən edir. Həmçinin, qəhrəman hərbçilərimiz sübut etdi ki, Azərbaycan əsgərinin cəsarəti və fədakarlığı qarşısında “İsgəndər M” raketləri belə acizdir.

S. ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri