Icma.az
close
up
RU
İlham Qəhrəmanla bağlı qərar ləğv edildi

İlham Qəhrəmanla bağlı qərar ləğv edildi

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Şair İlham Qəhrəmanın Sabunçu Rayon Məhkəməsində Azərbaycan Yazıçılar Birliyi (AYB) və onun sədrinin iddiası üzrə çıxarılmış qətnamədən verdiyi apellyasiya şikayətinə baxılıb.

Globalinfo.az bildirir ki, bu barədə Teleqraf-a şairin özü məlumat verib.

İlham Qəhrəmanın sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elşən Kazımovun sədrliyi ilə iş üzrə üç məhkəmə iclası keçirilib və proses ötən gün yekunlaşıb.

O bildirib ki, Sabunçu Rayon Məhkəməsinin qərarı tamamilə ləğv olunub.

“Sabunçu Rayon Məhkəməsində iddia həm Anar Rzayevin, həm də Azərbaycan Yazıçılar Birliyinin adından verilib. Bakı Apellyasiya Məhkəməsinin son iclasında məlum oldu ki, AYB-nin nizamnaməsində təşkilatın hər hansı üzvünü, o cümlədən sədrini hüquqi müstəvidə müdafiə etmək səlahiyyəti nəzərdə tutulmayıb. Məhkəmənin qərarına əsasən nə təzminat ödəməli, nə üzr istəməli, nə də mətbuatda təkzib verilməlidir. Hakimə ədalətli qərar üçün təşəkkür edirəm”, – İlham Qəhrəman əlavə edib.

Qeyd edək ki, keçən il oktyabrın 1-də AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.

Məhkəmə İlham Qəhrəmanın 500 manat məbləğində təzminat ödəməsi, yazını dərc edən saytda təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar çıxarıb.

Şair “Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı” ittihamı ilə məhkəməyə verilmişdi.

İlham Qəhrəman qərardan narazı olduğu üçün Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, keçən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.

Məqələdə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Fevral 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri