İlhamə Quliyevanın bacısı telekanalları məhkəmə ilə hədələdi QADAĞA
Icma.az bildirir, Shownews portalına istinadən.
Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva “Tarixin bir günü” verilişində qonaq olub.
“Bacım İlhamə Quliyeva çox böyük sənətkar olub. Onun özündən sonra qoyub getdiyi çox böyük sənəti var. İlhamə xanımın sənətindən danışırlar, nə xoş bizə. Onun üçün yaradıcılıq gecələri edirlər. Lap yaxşı... Amma sonradan efirlərdə bacım haqqında səviyyəsiz söhbətlər edirlər. Mən tələb edirəm, bundan sonra İlhamə Quliyevanın neqativ söhbətlərini efirlərdən yığışdırsınlar. Sənətindən, gözəlliyindən danışsınlar... O gözəllikdə bir sənətkar dünyasını dəyişdi. İlhamə xanımın xasiyyəti çox gözəl idi. Kini yox idi, sərt idi... O bilirdi kimə sərt olmaq lazımdır. Rəhmətə gedib, o, artıq yoxdur. Ölünün arxasınca danışmaq günahdır. Mənim vəkilim var. Mən rəsmi qaydada məhkəməyə müraciət edəcəyəm. Mən tələb edirəm heç bir televiziya kanalı İlhamə xanımı müzakirəyə qoymasın. Mən qadağa qoyuram və bununla bağlı rəsmi müraciət hazırlanır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Noyabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















