Icma.az
close
up
RU
İliç: “Sumqayıt” top klub deyil, amma…”

İliç: “Sumqayıt” top klub deyil, amma…”

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXXIII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (3:4) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Maraqlı oyun alındı. Hər iki komanda gənclərə şans verdik. Kifayət qədər qol epizodları oldu. Rəqib yenə də səhvlərimizdən qollar vurdu.

– Mətbuatda yayılan xəbərlərə görə, “Sumqayıt”dan ayrılacaqsınız. Gedəcəksinizsə, hansı təəssüratlara olacaq?
– Gözəl təəssüratlarım var. Buranın insanları çox gözəldir. “Sumqayıt” top klub deyil, amma kifayət qədər çalışdıq ki, yaxşı yerlərdə olaq. Mənimçün maraqlı təcrübə oldu.

– Nə üçün gedirsiniz?
– Müqaviləm başa çatır. Ancaq yenə də rəhbərliklə danışacağıq, klubun istəkləri avrokuboklara vəsiqə olacaqsa, müəyyən xərclər lazımdır. Dəyişikliyə ehtiyac var. Demirəm ki, hazırki futbolçular pisdir, sadəcə reallıq var. Səviyyəli komanda minimum səhvlər etməlidir. Mövsümboyu sadə səhvlər buraxmışıq. Buna görə dəyişiklik olmalıdır.

– Məşqçi kimi bir komandada çox qalmamısınız. İnsan olaraq səyahət etməyi sevirsiniz, ya istədiyiniz klubu tapmamısınız?
– Hər şey məndən asılı deyil. Amma müəyyən ölkələrdə də kifayət qədər işləmişəm, mənim üçün maraqlı təcrübələr olub. “Sumqayıt” da böyük təcrübədir. Bu klubun çox yaxşı stadionu, bazası var. Lakin müəyyən irəliləyiş üçün dəyişiklik lazımdır.

– Mövsümün əvvəlində demişdiniz ki, hədəfimiz avrokuboklara getməkdir. İndi geriyə qayıtsaq, yenidən bu fikirdə olarsınız?
– Məsələ bu deyil. Futbolda çoxlu situasiyalar olur. “Lester” bir vaxt çempion idi, bu mövsüm Çempionşipdən də düşdülər. Bu mövsüm kifayət qədər xallar itirdik, bəzi matçlarda yaxşı oynayan tərəf idik. Səhvlər olmazsa, nəticə də gələr.

– Bu mövsüm “Qarabağ”a qarşı yaxşı oyunlarınız olub. Nə üçün mövsümdə belə stabil ola bilmədiniz?
– Qapıya 20 zərbə endiririk, amma neçəsi qol olur? Əsas odur, səhvlər az olsun. Bugünkü məğlubiyyətin digərlərindən fərqi yoxdur. Məğlubiyyət məğlubiyyətdir. Çoxlu səhvlər edirik və qollar buraxırıq. Bu mövsüm problemimiz bu oldu.

– Azərbaycandan avrokuboklara vəsiqə qazanmaqçün hansısa spesifika lazımdır?
– “Qarabağ” Avropada uğur qazanır. Bu mövsüm də Çempionlar Liqasında pley-offa yüksəldilər. “Araz-Naxçıvan”, “Zirə” kimi komandalar da mərhələ keçməyi bacarıb. “Sabah”a da inanıram ki, yaxşı nəticələr göstərəcək.

– Büdcənin artırılması ilə bağlı zəmanət alsanız, klubda qalacaqsınız?
– Dünyanın ən yaxşı məşqçisi olmaya bilərəm, amma plan üzrə çalışanda, işlər də qaydasında gedər. “Sumqayıt”ın kifayət qədər potensialı var. Bəzi məsələlər də həll olunsa, komanda avrokuboklara vəsiqə qazanar. Planlı işin tərəfdarıyam.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 May 2026 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri