Icma.az
close
up
RU
Şişirdilən “Sumqayıt” şarı partladı: İLİÇ DƏ BACARMADI

Şişirdilən “Sumqayıt” şarı partladı: İLİÇ DƏ BACARMADI

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasında V turu geridə qoyduq. Artıq turnir cədvəlində ciddi yerdəyişmələr başlayıb, komandalar öz yerlərinə doğru inamla addımlayırlar. İlk turlarda məğlubiyyətə düçar olan favoritlər qələbələrə start veriblər. 

Mövsümün əvvəlində avrokuboklara ciddi favorit sayılmağa başlayan “Sumqayıt”ın isə “benzin”i bitdi. Komanda startda “Kəpəz” və “Qarabağ”ı məğlub edəndə hər kəs “gənclik şəhəri” təmsilçisini az qala Avropa Liqasına göndərirdi. Saşa İliçin şəninə təriflərin ardı-arası kəsilmirdi. Bu kollektivin hələ çoxlarına problem yaradacağı söylənirdi. 

Qayıdaq avqustun ortalarına, çempionatın start götürdüyü vaxta. “Sumqayıt” ilk turda “Kəpəz”i məğlub etdi. Hansı ki, sınıq-salxaq heyəti, daxilində hakimiyyət mübarizəsi gedən və yenicə baş məşqçi dəyişən “Kəpəz”i. Hətta o “Kəpəz” ki, jurnalistlər arasında komanda qursaq, ən azı heç-heçəyə nail ola biləcəyimiz durumdadır. 

Heç kimin qələbəsinə kölgə salmaq niyyətində deyiləm. Amma “Qarabağ” qalibiyyətinin də sadəcə təsadüf olduğunu söyləmək lazımdır. Matça ikinci heyətlə çıxan və oyunboyu üstün olan ağdamlılar kuryoz qol buraxaraq məğlub oldu.

Öncə hamımız bu detalları geriplana atdıq. “Sumqayıt”ın uğurunu, Saşa İliçin nailiyyətlərini danışdıq. Lakin davamı gəlmədi. Komanda evdə “Şamaxı” ilə bacarmadı. Ardınca Qubada “İmişli”yə uduzdu. Nəticədə texniki qələbə alsa da, meydanda məğlub oldu. 

Dünən də “Neftçi” “Sumqayıt”a son zərbəni vurdu. Mövsüm ərzində qələbəsi olmayan komanda ilk qələbəsini Sumqayıtda qazandı. Hətta 4 oyunda 1 qol vuran kollektiv “Sumqayıt”a iki qol birdən vurdu. 

Komandanın ciddi enişdə olduğu bəllidir. Zatən mövsümün startında alınan təsadüfi qalibiyyətlər yanıldıcı görünürdü. Gözlənilənin əksinə, “Sumqayıt” böyük ehtimalla avrokuboklara yollana bilməyəcək. Şişirilmiş və eyforiyaya qapılan kollektiv üçün bunun mümkünsüz olduğunu indidən demək olar. 

Əsas ümidin “Qarabağ” və “Zirə”yə lazım olmayan Rüstəm Əhmədzadədirsə, çətin ki, ciddi uğurların olsun. “Sumqayıt” adına tək sevindirici məqam kapitanın Səbuhi Abdullazadənin olmasıdır. Digər nüanslar isə get-gedə problemə çevriləcək.

Azərbaycan Kuboku: 2025/26 mövsümünün tam təqvimi açıqlanıb "Qarabağ" "EAFC 26"da I Liqada III turun təyinatları bəlli oldu "Səbail"dən növbəti legioner transferi - RƏSMİ AFFA klubları növbəti dəfə cəzalandırdı: QƏRARLAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 Sentyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri