Icma.az
close
up
RU
İlin 6 ayını dənizdə keçirir: Təhlükə böyük, səhvə isə yer yox

İlin 6 ayını dənizdə keçirir: Təhlükə böyük, səhvə isə yer yox

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Aldığı təlimlə yeni bir çığır açan Neslihan Müfreze qazma gəmisində dinamik idarəetmə kapitanı vəzifəsini icra edir. İlin 6 ayını dənizdə keçirən Neslihan bu işi görən ilk türk qadınıdır. İşin böyük risklər daşıdığını və bu səbəbdən ən kiçik səhvə belə yer olmadığını deyən Neslihan bir qadın olaraq dənizdə yaşamağın çətinliklərini, eyni zamanda daşıdığı vəzifənin məsuliyyətini anladıb.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, 28 yaşlı Neslihan Müfreze Türkiyənin hatay bölgəsindəndir.  İxtisası onu Koreyaya aparıb çıxarıb. 1 ildir ki, Koreyada açıq dənizdə qazma işləri aparan gəmidə çalışır. Ali təhsilini bitirdikdən sonra  ölkəsində çalışıb, lakin çox kiçik bir səbəbdən işlədiyi qazma gəmisindən qovulub. Bu gözlənilməz hadisə onun peşəkar həyatının ən çətin günlərində iz buraxıb. O günlərdə heç vaxt təkrar dirçələ bilməyəcəyini düşünüb: “Sadəcə, “artıq bitdi, yenidən başlaya bilmərəm”, deyirdim, bu vaxt mənə yeni iş təklifi edildi. Hazırda işlədiyim şirkətlə müqavilə bağladım” söyləyən N.Müfrezeyə bu razılaşma yenidən ümid verib. Bu yeni başlanğıc peşəsində yeni bir səhifə açıb və ona öz ayaqları üzərində daha möhkəm dayanma fürsəti verib. İş həyatına quru yük gəmisində başlayan Neslihan uzunmüddətli hədəfi olan dəniz sektoruna keçib. O, hazırda Norveçdə yerləşən ofisin layihəsində işləyir və bu layihədə iştirakın həm şəxsi, həm də peşəkar baxımdan böyük inkişaf fürsəti verdiyini bildirir.

 Dənizçiliyin onun üçün bir peşədən daha çox, bir həyat tərzi olduğunu bildirən Neslihan: “İşimdə hər an öyrənməyə, özümü təkmilləşdirməyə və yeni bacarıqlar qazanmağa böyük əhəmiyyət verirəm. Eyni zamanda dənizçilik və dəniz sənayesi ilə bağlı təcrübələrimi sosial mediada paylaşaraq bu sahə ilə maraqlananlara bələdçi olmağa çalışıram. “Ofşor sektoru Türkiyədə tanınmış bir sahə olmadığı üçün bu bölmədə təhsil alan tələbələrin və sektorda işləmək istəyən dənizçilərin yolunu bacardığım qədər istiqamətləndirərək işıqlandırmağın mənim üçün xüsusi mənası var", deyib. Dinamik idarəetmə kapitanı olan Neslihan gəminin mövqeyini dəqiq şəkildə sabit saxlamaq və ya lazım gəldikdə müəyyən bir marşrut üzrə hərəkət etdirməkdən məsuldur. Bu vəzifənin dəniz sektorunda, xüsusilə də qazma gəmiləri və tədqiqat gəmilərində çox əhəmiyyətli olduğuna diqqət çəkən Neslihan, “Çünki xarici amillər, dalğalar, külək və cərəyanlar gəminin mövqeyinə təsir edə bilər. Bu, mənim missiyamın işə girdiyi yerdir; Bir sözlə, gəmi qazma işləri apararkən DP sistemi ilə gəmini sabit vəziyyətdə saxlamaq mənim işimdir”, bildirib. Qazma sənayesində işləməyin çətin tərəflərinin olduğunu bildirən Neslihan, “İşin təbiəti çox yüksək risklər ehtiva etdiyi üçün ən kiçik səhvə belə yer yoxdur. Ona görə də hər zaman diqqətli, hazırlıqlı və soyuqqanlı olmalısan. Digər tərəfdən dənizdə, evdən uzaqda qalmaq sevdiklərinizdən uzaq olmağı və sərt dəniz şəraitinə davamlı olmağı tələb edir. Xülasə, bu iş nə qədər qaneedici olsa da, insanları nizam-intizamlı, möhkəm və qətiyyətli olmağa məcbur edir. Başqa bir problem uzun müddət dənizdə təcrid olunmuş mühitdə işləməyin emosional və sosial çətinlikləri idi. Aylarla quruya ayaq basmamaq, doğmalardan uzaq qalmaq, özəl günləri qaçırmaq təkcə fiziki deyil, həm də mənəvi cəhətdən güclü olmağı tələb edir. Bu təcrid mühitdə tək qalmaq bir qadın olaraq bəzən çətin olsa da, dənizdə keçirdiyim hər gün mənə nə qədər güclü olduğumu yenidən kəşf etdirir. Anam bu işimlə heç razı deyildi, sakit bir yerdə işləməyimi istəyirdi. Heç bir valideyn qızının uzaqda olmasını istəməz, xüsusən də gəmidə. Dünyanın o tayında işləməyim bu vəziyyəti daha da çətinləşdirir. Buna baxmayaraq, dənizə olan həvəsimi və işimə olan sevgimi bildikləri üçün hər zaman mənə dəstək olublar və nailiyyətlərimlə fəxr edirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri