Icma.az
close
up
RU
Yer kürəsini böyük təhlükə gözləyir AÇIQLAMA KONKRET

Yer kürəsini böyük təhlükə gözləyir AÇIQLAMA KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

COP29 çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri də müzakirə olunur.

Qeyd olunub ki, iqlim dəyişikliyi hər kəsin, xüsusilə də uşaqların sağlamlığı üçün böyük riskdir. Niderlandın gənclər və idman naziri Vinsent Karremans COP29 çərçivəsində “İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü” mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib ki, sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə apararkən və emissiyaları azaldarkən insan sağlamlığına da nəzər yetirmək lazımdır: “Misal olaraq, Avropanın ən böyük limanı olan Rotterdamda güclü yağış və ekstremal istiliklə mübarizə aparmaq üçün daha çox “yaşıl” infrastruktur üzərində işləyirik. Yaşıllıqların çox olmasının böyük faydası var. Çünki bu, təmiz hava yaradır, insanları idmanla məşğul olmağa, uşaqları oynamağa, qaçmağa sövq edir. Bu gün Niderlandın Səhiyyə Nazirliyi bu istiqamətdə layihələri maliyyələşdirir və dəstəkləyir, çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə çox aktual məsələdir”, – deyə niderlandlı nazir vurğulayıb.

KONKRET.az bildirir ki, Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, iqlim problemləri davam edərsə, insanlıq və bəşəriyyət böyük təhlükə ilə üzləşə bilər:

“Əslində bu prosesin adı iqlim dəyişikliyi yox, başqa cür qoyulmalıdır. Bu, Yer kürəsinin istilik tənzimlənməsinin pozulmasıdır. Bu, insan fəaliyyətinin nəticəsidir. Sənayeləşmə, avtomobillərdən istifadənin çoxalması və digər çoxsaylı səbəblərdən karbon qazı havaya buraxılır. Bu proseslər fonunda atmosferin çirklənməsi addımbaddım davam edir. İnsanlar özləri iqlim dəyişikliklərində birbaşa günahkardırlar, flora və faunanı məhv edirlər. Bu da onların özlərinə qarşı çevrilir. İqlim dəyişikliyinin qarşısını almaq üçün müzakirə olunan tədbirlər yetərli deyil. Biz yeni üsullar tapmalıyıq, alternativ enerji mənbələri tapmalıyıq. Bununla yanaşı insanların təbiətə qarşı vəhşi münasibətinə ciddi nəzarət olunmalıdır. Əks halda, Yer kürəsi böyük təhlükə qarşısında qalacaq. Əgər temperatur 2 dərəcədən çox artarsa, Yer kürəsinin relyefi dəyişə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri