Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

İlin sonunadək Azərbaycanda amnistiya GÖZLƏNİLİR

İlin sonunadək Azərbaycanda amnistiya GÖZLƏNİLİR

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum edilmiş şəxs əfv edilib. Əfv sərəncamının imzalaması ərəfəsində ilin sonunadək amnistiya aktının da qəbul ediləcəyi barədə xəbərlər yayılmışdı.

Amnistiya əlamətdar hadisələr - dövlət müstəqilliyimizin bərpası, konstitusion islahatlar, suverenliyin möhkəmlənməsi, tarixi şəxsiyyətlərin yubileyləri və digər mühüm ictimai-siyasi hadisələrlə əlaqədar olaraq qəbul olunur. Amnistiyanın da Konstitusiya və Suverenlik ili münasibətilə qəbul ediləcəyi qeyd olunur.

Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, amnistiyanın məhz bu cür simvolik hadisələrlə bağlı qəbul edilməsi bu aktın həm dövlətçiliyimizin humanizm prinsipləri, həm də milli ənənələrimizə uyğun gəlir.

Onun sözlərinə görə, müstəqillik əldə edildikdən bu günə qədər Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib. Bu aktlar ümumilikdə 160 min nəfərə şamil olunub.

“Amnistiyanın mühüm xüsusiyyətlərindən biri odur ki, o, əhatə etdiyi maddələr üzrə şəxsləri ya cəza çəkməkdən azad edir, ya onların cəzasını azaldır və ya cinayət məsuliyyətindən azad edir. Təsadüfi deyil ki, bu ilin əvvəlində də Azərbaycanda amnistiya aktının qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb. Eyni zamanda, mənim tərəfimdən də amnistiya aktının qəbul edilməsi istiqamətində təkliflər səsləndirilib.

Bu təkliflərin əsas səbəbi bir neçə mühüm hadisə ilə bağlı idi. İlk növbədə qeyd etməliyəm ki, bu il Azərbaycan tarixində çox əlamətdar bir hadisə baş verib - cənab Prezident tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan olunub. Bu da Konstitusiyanın qəbul edilməsinin 30 illiyi ilə bağlıdır. Amnistiya isə konstitusion institutlardan biridir”.

O həmçinin bildirib ki, digər tərəfdən, bu il həm də Zəfərimizin də ildönümüdür.

“Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesinin başa çatmasının 5 illik yubileyi qeyd olunur. Bildiyiniz kimi, sonuncu amnistiya aktı da məhz “Zəfər Aktı” adlandırılmış və 2021-ci ildə qəbul edilib.

Bu mühüm hadisələr - Zəfərimizin 5 illiyi və Konstitusiyanın 30 illiyi dövlət suverenliyi və hüquqi prinsiplərin güclənməsi fonunda belə humanist aktın qəbul edilməsinə müəyyən hüquqi və siyasi əsaslar yaradır. Azərbaycan dövləti hüquqi təbiəti, humanizm və mərhəmət prinsiplərinə əsaslanan dövlət olaraq bu cür qərarları mütəmadi olaraq qəbul edir. Həm amnistiya aktları, həm də cənab Prezident tərəfindən həyata keçirilən əfv sərəncamları da bu prinsiplərin təzahürüdür”.

Yaxın aylarda Milli Məclisin gündəliyinə daxil ola bilər

Ə.Nuriyev onu da əlavə edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya məsələsinin yenidən gündəmə gəlməsi, əslində dövlət və cəmiyyət arasında dialoqla yanaşı, eləcə də inteqrasiyanın və humanist siyasətin göstəricisidir:

“Bu amnistiya nə vaxt qəbul oluna bilər? Milli Məclisin yaz sessiyasının iclasında qeyd etdiyim məsələ müzakirə predmeti olub. Ənənəvi olaraq belə aktlar ilin əvvəlində və ya ortalarında gündəmə gətirilir. Düşünürəm ki, yaxın aylarda bu məsələ Milli Məclisin gündəliyinə daxil edilə bilər. Əgər planlaşdırma çərçivəsində sessiyanın fəaliyyət planına daxil edilə bilər. Heç şübhəsiz ki, bu, həm Prezidentin siyasi iradəsi, həm də parlamentdəki ümumi siyasi konsensusla bağlı olan məsələdir.

Qeyd etdiyim kimi, Cənab Prezident hər zaman humanizm və mərhəmət prinsiplərini öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi təqdim edib”.

O eyni zamanda yeni amnistiya aktının qəbul olunmasının kimlərə şamil edilə biləcəyi məsələsinə də aydınlıq gətirib:

“Ənənəvi yanaşmaya əsasən, sosial həssas qruplara - azyaşlı övladı olan qadınlara, hamilə qadınlara, müəyyən yaş həddini keçmiş məhkumlara , sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərə, ağır xəstəliklərdən əziyyət çəkən məhkumlara şamil edilə bilər. Eyni zamanda, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərə də şamil olunması ehtimal edilir.

Cəzasının böyük hissəsini çəkmiş, davranışında islah olunma əlamətləri müşahidə edilən şəxslər də amnistiyadan yararlana bilərlər. Cəzasının bitməsinə bir il qalmış şəxslərə, yetkinlik yaşına çatmayan məhkumlara, şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə də şamil oluna bilər”.

Hüquqşünasın sözlərinə görə, bu dəfə daha geniş bir kateqoriyaya aid şəxslərin amnistiya aktına daxil edilməsi ehtimalı gözləniləndir:

“Ümid edirəm ki, bu dəfə cəmiyyətdə səslənən fikirləri də nəzərə alaraq qəbul ediləcək, Amnistiya Aktı daha geniş və əhatəli olacaq.

Hazırda cəzaçəkmə müəssisələrində müəyyən sıxlıq mövcuddur və bu, idarəetmə baxımından da çətinliklər yaradır. Amnistiya aktı həmçinin bu yükün azaldılmasına xidmət edə bilər. Dünyanın bir çox ölkələrində də bu cür yanaşmalar mövcuddur”.

Kimlər amnistiyaya düşə bilər?

Əliməmməd Nuriyev vurğulayıb ki, elə cinayətlər var ki, onlara amnistiyanın şamil edilməsi ehtimalı yoxdur:

“Bu, xüsusilə ağır cinayətlər - terrorçuluq, dövlətə qarşı cinayətlər və digər ağır kateqoriyalı əməllərlə bağlıdır. Bu da hüquqi və ictimai ədalət prinsipindən irəli gələn bir yanaşmadır.

Amnistiya aktının qəbul edilməsi təkcə azadlığa buraxılan şəxslərin sayı ilə ölçülmür. Bu, eyni zamanda dövlətin humanizm siyasətinin təsdiqi, penitensiar sistemin yüngülləşdirilməsi, məhkumların sosial inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Amnistiya həm də dövlətin gücünün və cəmiyyətdə əmin-amanlığın mühitinin rəmzi kimi çıxış edir. Yalnız güclü dövlətlər belə humanist addımlar ata bilərlər”.

“Azərbaycan dövləti də güclü və oturuşmuş bir dövlətdir”,- deyə o əlavə edib.

“Azərbaycan bunu həm hüquqi islahatlarla, həm də cənab Prezidentin həyata keçirdiyi humanist addımlarla dəfələrlə sübut edib. Əfv sərəncamları, qanunvericiliyin humanizm prinsipləri əsasında təkmilləşdirilməsi, vətəndaşlara göstərilən diqqət və qayğı bu gücün və sabitliyin göstəricisidir.

Düşünürəm ki, yaxın dövrdə - xüsusilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində - yeni bir amnistiya aktının qəbul olunması ehtimalı yüksəkdir. Bu addım həm dövlətin humanist siyasətinin bir daha ifadəsi olacaq, həm də cəmiyyətə verilən önəmli bir ismarıc kimi dəyərləndiriləcək”.

Yekun olaraq o qeyd edib ki, belə bir mühüm hadisə ərəfəsində cəmiyyətdə formalaşan gözləntilər tamamilə təbiidir və buna normal yanaşmaq lazımdır:

“Əlbəttə, bu qərar Milli Məclisin səlahiyyətində olan məsələdir və deputatların iradəsindən asılı olaraq qəbul edilə bilər”,- deyə Ə.Nuriyev bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Sentyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri