Icma.az
close
up
RU
İlin sonunda əfv ola bilər: Azərbaycan yanvarda AŞ PAya qayıdır? DİPLOMATİK DANIŞIQLAR BAŞLANIB

İlin sonunda əfv ola bilər: Azərbaycan yanvarda AŞ PAya qayıdır? DİPLOMATİK DANIŞIQLAR BAŞLANIB

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan deputat qrupunun  AŞ PA-nın 2025-ci il üçün ilk sessiyasında mandatı təsdiqlənə bilər. 

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələr bildirib.

Xəbərə görə, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu proseslə bağlı diplomatik danışıqlara başlayıb.

Bildirilir ki, Elçin Əmirbəyovun Avropa Şurası rəhbərliyi və quruma üzv ölkələrin bir neçəsinin xarici işlər naziri ilə bu mövzuda müzakirə aparıb.

Azərbaycanlı diplomat ölkəmizin nümayəndə heyətinin  qurumun yanvar sessiyasında mandatının təsdiq olunmasında maraqlı olduğunu bəyan edib.

Elçin Əmirbəyov Azərbaycanın dialoq çərçivəsində insan haqları məsələlərini müzakirə etməyə hazır olduğunu da dilə gətirib.

Bununla belə bildirilir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl münasibətilə əfv sərəncamının olacağı təqdirdə ölkəmizin AŞ PA-ya qayıdışı üçün “yaşıl işıq” yandırılacaq.

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov isə Gununsesi.info-ya deyib ki, Azərbaycanın AŞ PA-ya qayıtması ölkəmizə qarşı qərəzli münasibətin ortadan qalxmasından sonra mümkündür: “Özləri səhvlərini etiraf etməli, Azərbaycanla münasibətləri dialoq platformasına keçirmək istədiklərini bəyan etməlidirlər. Biz bunu görmək istəyirik”. 

Bununla belə onu da xatırladaq ki, yeni Çağırış Milli Məclisdə bütün beynəlxalq qurumlarda təmsilçilik üçün deputat qrupunun tərkibi təsdiqlənsə də bu, AŞ PA-ya şamil edilməyib.

Elmar 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri