İlin sonunda əfv olmayacaq KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Hələlik məhkum edilən şəxslərlə bağlı əfv sərəncamının imzalanması gözlənilmir. Bununla bağlı Əfv Komissiyasının hələ iclasları keçirilməyib. Çox güman ki, belə qısa müddətə də iclasların keçirilməsi praktikada nəzərdə tutulmur.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Fazil Mustafa Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar əfv sərəncamının imzalanması ehtimalından danışarkən deyib.
Deputat qeyd edib ki, əfv sərəncamının imzalanması Novruz bayramı və ya 28 May-Respublika Günü ilə əlaqədar olması daha çox ehtimal edilə bilər: “Bu, Prezidentin iradəsindən asılı məsələdir. Ona görə də Əfv Komissiyası düşünmürəm ki, bu ilin dekabrın 31-dək hansısa bir proseduru həyata keçirə bilsin. Çünki iclaslar keçirilməli, ayrı-ayrı məsələlər demokratik qaydada müzakirə olunmalı, sonra qərar qəbul edilməlidir. Prezidentə tövsiyə olunur ki, hansı məsələlərdə kimlərin konkret olaraq əfvi nəzərə tutula bilər. Hələlik isə belə bir iclas yoxdur. Ona görə də ehtimal azdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Noyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















