Icma.az
close
up
RU
“İlin yarısını işləyib, yarısını iş axtaran insanlar necə olacaq?” İQTİSADÇI

“İlin yarısını işləyib, yarısını iş axtaran insanlar necə olacaq?” İQTİSADÇI

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanda əhalinin azı 95 faizi icbari tibbi sığorta ilə tam əhatə olunacaq".

“AzPolitika” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin dekabrın 2-də keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

Nazirin sözlərinə görə, dəyişikliklər cəmiyyətə yanlış təqdim edilir: "Biz göstəririk ki, bəlli bir kateqoriya insanların hamısı - uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlətin hesabına sığortalanacaq. Nəyə görə bu, tam əksinə qeyd olunur ki, işsizlər sığortalanmayacaq?"

Onun vurğulamasına görə, əlavə olaraq təqribən 2 milyon insan da muzdlu əmək müqaviləsi ilə çalışır, onların da sığortasını əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən qarşılayır: "Yəni, minimum əhalinin 95 faizi sığorta zərfi ilə tam şəkildə əhatə olunacaq".

İqtisadçı Rövşən Ağayev ”Facebook”da yazır ki, maliyyə nazirinin dediklərindən ölkədə təxminən 500 min nəfərin icbari tibbi sığortanı özü ödəməli olacağı məlum olur: “Nazirin dediyinə görə, 2026-cı ildə dövlət büdcəsindən ayrılacaq 900 milyon manat 7,3-7,5 milyon manat insanı əhatə edəcək. O bura kimləri daxil edir?

Pensiyaçılar. Hazırda ölkədə pensiyaçlların sayı 1,1 milyon nəfərdir. Əlilliyə görə pensiya alanları aşağıda ayrıca sayacağıq deyə bu kateqoriyadan kənar pensiya alanların sayını ayrıca götürək - təxminən 850 min nəfər. Bunun üzərinə pensiya hüququ olmadığı üçün ahıllıq müavinəti alan 150 min nəfərdən artıq şəxsi gəlsək, şərti olaraq pensiyaçı sayını 1 milyon nəfər götürmək mümkündür.

Əlilliyi olan şəxslər. Hazırda bu kateqoriyadan olan insanların sayı 500 min nəfərə yaxındır. Bura həm pensiya hüququ olan və pensiya alan, həm də pensiya hüququ olmadıqları üçün sosial müavinət alan şəxslər daxildir. Eyni zamanda, aşağıda uşaqların sayında təkrar hesablama olmasın deyə onu da qeyd edim ki, əlilliyə görə pensiya alan şəxslərin 42 min nəfəri 18 yaşadək uşaqlardır.

18 yaşadək uşaqlar. Fiziki məhdudiyyətli uşaqlar nəzərə alınmadan (yuxarıda sayıldığı üçün) 18 yaşadək uşaqların sayı təxminən 2,6 milyon nəfərdir.

İşsizlər. Rəsmi məlumata görə dövlət məşğulluq orqanlarında rəsmi qeydiyyatı olan işsizlərin sayı 220 min nəfərə yaxındır.

Dövlətdən müavinət alan yoxsul vətəndaşlar. Bu kateqoriyadan olan şəxslərin sayı 330 min nəfərə yaxındır”.

İqtisadçı bildirir ki, qeyd etdiyi əhali qrupları məhz bu gün nazirin sadaladığı kateqoriyalardır və rəsmi mənbələr onların sayının maksimum 4,7 milyon nəfər ola biləcəyini göstərir. Amma nazir 7.3-7,5 milyon nəfər olduqlarını deyir. “Hərçənd bu müzakirələrə son qoymaq üçün rəsmi qaydada dövlətin subsidiyalaşdıracağı əhali qrupları üzrə potensial say göstərilməklə siyahı açıqlamaq da mümkün idi”, - o əlavə edir.

İkincisi, nazir deyir ki, 2 milyon nəfər muzdlu əmək müqaviləsi əsasında çalışır. Halbuki rəsmi statistika onların sayının 1,8 milyon nəfərdən də az olduğunu göstərir: “Yerdə qalır sahibkarlıq subyektərinin sayı. Bu qrup say baxımından ən mübahisəli qrupdur. Çünki vergi orqanlarının da müntəzəm açıqlamalarından görünür ki, rəsmi qeydiyyatda olan biznes subyektlərinin daima ən yaxşı halda yarısı aktiv, yəni real fəaliyyəti olan sahibkarlar olur. Məsələn, hazırda 1,5 milyondan artıq subyektdən 800 mini aktiv hesab edilir. Aktiv olmayan, davamlı tibbi sığorta ödəməyənlər necə olacaq? Məsələn, bir fərdi sahibkar il ərzində sığorta ödəmir, amma vergiyə boş hesabat təqdim elədiyi üçün aktiv ödəyici sayılır? Bunları necə sayacaqlar?”

İqtisadçı sual edir: beləliklə, muzdlu işçilərin sayı və aktiv ödəyicilərlər dövlətin subsidiyalaşdıracağı əhali qrupları nəzərə alındıqda maksimum 7,3 milyon nəfər insandan söhbət gedirsə, o zaman 3 milyon nəfərə yaxın insan hansı qrupa aid olur?

“Azərbaycanda məşğulluq statistikası ən azı 2,5 milyon nəfər şəxsin qeyri-formal məşğul olduğunu aşkar göstərir. Bunu görmək çətin deyil ki? Üstəgəl, 2 milyon nəfər artıq qeyri-iqtisadi fəal içərisindəki 1 mln. nəfərə yaxın əmək qabiliyyətli yaşda işləmək qabiliyyəti olanların sayı da aydın görünən statistikadır. Təkcə bu 2 statistika 95 yox, hətta 80%-i belə imkansız edir. Nazir bir daha vurğulayıb ki, qeyri-rəsmi çalışanlardan sığorta haqqı alınacaq, ödənmədiyi halda 10% cərimə olunacaq.

Amma aydın olmur ki, təsadüfi gəlirləri olan, mövsümi və təsadüfi işlər səbəbindən davamlı iş olmayan, ilin yarısını işləyib, yarısını iş axtaran insanlar necə olacaq? Axı bu adamların hər ay gəliri yoxdur ki, hər ay sığorta ödəsin”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri