Icma.az
close
up
RU
AZAL 2026 cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurub

AZAL 2026 cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurub

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayı ərzində marşrut şəbəkəsinin genişləndirilməsi, donanmanın yeni nəsil hava gəmiləri ilə gücləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq tərəfdaşlıqların artırılması istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət həm əməliyyat göstəricilərini yaxşılaşdırıb, həm də sərnişinlər üçün bir sıra yeni xidmət və həlləri istifadəyə verib.

Bu müddətdə Azərbaycan Hava Yolları tərəfindən ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% artım təşkil edir. Beynəlxalq istiqamətlərə səyahət edən sərnişinlərin sayı 4% artaraq 1,6 milyona çatıb. Bundan əlavə, aviaşirkət tərəfindən ümumilikdə 8,462 reys yerinə yetirilib (7% artım göstərərək). Onlardan 6,566-sı beynəlxalq reys olub və beynəlxalq reyslərin sayı da 7% artıb. Həmçinin orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib.

2026-cı ilin ilk yarısında Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Belə ki, aviaşirkət Şımkentə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars istiqamətləri üzrə isə müntəzəm reyslər üçün bilet satışını açaraq sərnişinlər üçün yeni səyahət imkanları yaradıb. Hesabat dövrünün sonuna Azərbaycan Hava Yollarının müntəzəm marşrut şəbəkəsi 52 istiqaməti əhatə edib. Aviaşirkətin genişlənən marşrut şəbəkəsində sərnişinlər ən çox Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara şəhərlərinə səyahət etməyə üstünlük verib.

Eyni zamanda, donanmaya 3 yeni nəsil "Airbus” təyyarəsi – 2 "Airbus A320neo” və AZAL tarixində ilk "Airbus A321neo əlavə olunub və istismarda olan təyyarələrin ümumi sayı 29-a çatdırılıb.  

Bununla yanaşı, ölkədaxili ən intensiv marşrutlardan biri olan Bakı–Naxçıvan–Bakı xətti üzrə 1,868 reys həyata keçirilib və 367,651 sərnişin daşınıb. Hər iki göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım qeydə alınıb. Ən yüksək əməliyyat yükü qeydə alınan gündə isə bu marşrut üzrə 25 reys icra olunub.

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan Hava Yolları sərnişin təcrübəsinin təkmilləşdirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində də bir sıra yenilikləri istifadəyə verib. Aviaşirkət onlayn əlavə baqaj xidmətinin 32 kiloqramadək genişləndirilməsini təmin edib, onlayn bilet alışı zamanı "Stopover” xidmətinin əlavə edilməsi imkanını yaradıb, "Rental Car” xidmətini istifadəyə verib. Eyni zamanda, Çin sərnişinləri üçün "Alipay” və "WeChat Pay”, Özbəkistan vətəndaşları üçün isə "HUMO” və "UZCARD” ödəniş sistemləri ilə inteqrasiya həyata keçirilib. Bundan əlavə, Bakcell ilə əməkdaşlıq çərçivəsində aviaşirkətin sərnişinləri üçün xüsusi rouminq paketləri təqdim olunub.

Ötən dövr ərzində aviaşirkət uçuşların təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat fəaliyyətinin davamlılığını təmin edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 İyul 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri