Icma.az
close
up
RU
İlk addımı Bakı yox, Moskva atmalıdır Zaxarovanın “təklifi” havada qalacaq

İlk addımı Bakı yox, Moskva atmalıdır Zaxarovanın “təklifi” havada qalacaq

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bakıda həbs olunmuş Rusiya vətəndaşlarının azadlığa buraxılması ikitərəfli münasibətlərin normallaşması yönündə mühüm addım olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya XİN-in söçüsü Mariya Zaxarova deyib.

"Rusiya vətəndaşlarının azad olunmasının Rusiya - Azərbaycan münasibətlərinin normallaşması yolunda mühüm addım olduğunu vurğulayırıq", – M.Zaxarova Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində keçirilən brifinqdə bildirib. O, Rusiya XİN-in hüquq-mühafizə orqanları və həbs olunanların yaxınları ilə daimi təmasda olduğunu qeyd edib. "Bəzi vətəndaşlarımızın müraciəti əsasında vəkillərin fəaliyyətinin maliyyələşdirilməsinə yardım göstəririk. Konsulluq əməkdaşları Bakıdakı istintaq təcridxanasında Rusiya vətəndaşlarını üç dəfə ziyarət edib", – M.Zaxarova bildirib.

Rusiya XİN rəsmisinin açıqlamasından bir daha aydın olur ki, Moskva Bakı ilə münasibətləri qaydaya salmaq istəyir - amma iki şərtlə: Azərbaycanın Rusiya üzərində vurulan sərnişin təyyarəsi ilə bağlı Bakının tələblərini yerinə yetirmədən və Yekaterinburqda və Rusiyanın digər şəhərlərində azərbaycanlılara qarşı vandalizm aktlarına hüquqi, siyasi qiymət vermədən. Üstəlik ilk addımı Azərbaycan tərəfi atmalıdır.

Əlbəttə, belə “həll yolunun” təklif olunması Bakı üçün arzuolunan deyil, ona görə də çox güman, Zaxarovun mesajı havada qalacaq.

Politoloq Elxan Şahinoğlu da öz qeydlərində bu məsələyə diqqət çəkib. Ekspert Rusiya Prezidenti Vladimir Putinin Pekində keçirdiyi mətbuat konfransında Azərbaycanla bağlı açıqlamasını xatırladır: “Putin iki ölkə arasında münasibətlərində ciddi sualların olduğunu ilk dəfə etiraf edib. Putinin bu suallar barədə detallı danışmadan “Rusiya və Azərbaycan arasında fundamental münasibətlər və bunun inkişafı üçün qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsi ikibaşlıdır. Rusiya Prezidenti sanki bununla iki ölkə arasında illər uzunu formalaşan isti münasibətlərə eyham vurur, o biri tərəfdən “qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsiylə münasibətlərdəki gərginliyə görə məsuliyyətdən uzaqlaşmağa çalışır. Münasibətlər, Putinin təbirincə desək, öz-özünə yoluna qoyula bilməz. Putin raketlə vurulan təyyarə olayına aydınlıq gətirməlidir. O bu məsələni araşdırmağı lazım bilmirsə, siyasi münasibətlər necə əvvəlki axarına qayıda bilər? Birinci addımı Putin atmalıdır. Ancaq o bu addımı atmağa hələ hazır deyil, əks halda azərbaycanlı həmkarı İlham Əliyevlə Pekində salamlaşmadan əlavə müzakirə aparmağı da lazım bilərdi”.

Ekspert hesab edir ki, Mariya Zaxarovanın “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər” açıqlamasının Kreml sahibinin əsl niyyətini ortaya qoyduğunu düşünür. “Sən demə, Putin İlham Əliyevin ilk addım atmasını gözləyir”, - politoloq bildirib.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri