Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Qızılın SON qiyməti

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Zaxarovanın “Qarabağ” sayıqlaması

Zaxarovanın “Qarabağ” sayıqlaması

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

...Bəli, qozbeli qəbir düzəldər

Əslində, mövzu yeni deyil. Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana Qarabağ xüsusundakı köməyindən gedir. İndi mövzuya qayıdan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadır. O, “Qvardeysk” gənclər forumunda çıxışı zamanı bildirib ki, Ermənistan Qarabağı rəsmən tanımadığı üçün KTMT-nin təsir imkanlarından istifadə gerçəkləşməyib.

Əlbəttə, xanım Zaxarovanın bu kimi sərsəm ritorikanı gündəmə gətirənlərin siyahısında sonuncu olacağını düşünmürük. Çünki məşhur el məsəlində deyildiyi kimi, aşığın sözü qurtaranda “dalay-dalay” edir. Rusiya rəsmiləri də təxminən bu gündədirlər. Ən pisi isə odur ki, onlar siyasətçilikdən çıxıb “aşığa” çevrildiklərinin fərqinə varmırlar. Həqiqətən, ortada Rusiya diplomatiyası adına fəlakətli durum var və həm də bu qənaətimizə aydınlıq gətirəcəyik.

Xatırladaq ki, Ermənistan rəhbərliyi 2022-ci ilin sentyabrında Azərbaycanla şərti sərhəddəki hərbi eskalasiyadan sonra KTMT-yə müraciət ünvanlamış, qurumun insidentə siyasi qiymət verməsini istəmişdi. Yəni rəsmi İrəvanın təşkilatdan ölkəmizi təcavüzkar kimi tanıyan bəyanat yaymağı tələb etmişdi. Belə bir bəyanat isə heç də adi məsələ ola bilməzdi. Əgər Ermənistan ərazisinə hücum varsa, deməli, KTMT-nin ölkəni müdafiə zərurəti yaranacaqdı. Başqa sözlə desək, qurum Azərbaycana qarşı hərbi kampaniyaya başlamalı olacaqdı.

Lakin KTMT üzvlərinin həmin vaxt yekdil mövqeyi belə olmuşdu ki, Azərbaycan və Ermənistan arasında sərhədlər dəqiqləşmədiyindən, təşkilatın Azərbaycana qarşı çıxması mümkünsüzdür. Rəsmi İrəvan bu mövqeni qurumun öz səlahiyyət öhdəliklərinə düzgün yanaşmaması kimi qiymətləndirilmişdi. Elə o zamandan, yəni 2022-ci ilin sonundan Ermənistan–KTMT ziddiyyətləri baş qaldırmışdı. Hazırda isə Baş nazir Nikol Paşinyan ölkəsinin təşkilatdakı fəaliyyətini dondurduğunu açıqlayıb, hətta quruma üzvlüyə xitam verilməsi məsələsi də aktualdır.

Göründüyü kimi, Ermənistan-KTMT qarşıdurmasında əsas mətləb başqadır. Amma yaxşı məlumdur ki, 2022-ci ildə İrəvan üçün Qarabağ mövzusu əhəmiyyətini saxlayırdı. Paşinyan və komandasının üzvləri, eləcə də onların xaricdəki havadarları nəyin bahasına olursa-olsun bölgədəki separatçı rejimin mövcudluğunu qorumağa çalışırdılar. Bunun üçün Qarabağ ermənilərinə beynəlxalq təminat oyunbazlıqlarına baş vurulurdu ki, belə təmayüllər dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək məqsədi güdürdü.

Ermənistanın şərti sərhədə yaxın ərazilərdə hərbi təxribatlar törətməsi də məhz sözügedən məqsədi gerçəkləşdirmək naminə idi. Rəsmi İrəvan Azərbaycanın cavab tədbirlərini işğalçılıq olaraq qiymətləndirməyə, ölkəmizin təcavüzkar obrazını Qarabağ amili ilə əlaqələndirib siyasi dividend əldə etməyə ümid bəsləyirdi. Mövcud anlamda M.Zaxarovanı, müəyyən mənada, haqlı saymaq olar. Çünki necə deyərlər, ayının min oyunu bir armudun başında idi. Yəni hər bir halda, ortada Qarabağ mövzusu olub. Amma...

“Əmması” budur ki, Zaxarovanın təbirincə desək, Ermənistanın Qarabağdakı separatçı rejimi rəsmən tanıması da KTMT-nin bölgəni qoruması üçün əsas sayıla bilməzdi. Əgər Rusiya rəsmiləri belə bir əsası uydururlarsa, deməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi onlar üçün heç nədir.

Eyni zamanda, sual yaranır: əgər Ermənistanın Qarabağdakı xunta rejimini tanıması həlledici idisə, o zaman nə üçün illərlə Azərbaycan-Ermənistan danışıqları getmişdi? Axı Rusiya da ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi həmin danışıqlarda iştirak edirdi. Deməli, bu iştirakçılıq səmimiyyətdən uzaq riyakarlıq imiş (?).

Bəli, Zaxarovanın məntiqi onu deməyə əsas verir ki, Rusiya üçün Azərbaycan torpaqlarının işğalı, habelə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı prinsipinin pozulması heç bir əhəmiyyət daşımayıb. Digər tərəfdən, rəsmi Moskva da həmişə Qarabağı Azərbaycanın ərazi olaraq tanıyıb. İndi necə başa düşək? Başa düşək ki, Ermənistan separatçı rejimi rəsmən tanısaydı, Rusiyanın, müvafiq olaraq, KTMT-nin mövqeyi dəyişəcəkdi? Bəs beynəlxalq hüquq?

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Zaxarovanın dediklərinə münasibət bildirərkən, ilk növbədə, beynəlxalq hüququ yada salıb: “Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır”.

Qeyd edək ki, A.Hacızadənin M.Zaxarovaya cavabında son dərəcə dəqiq ifadə olunmuş diqqətçəkən məqam da var. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa etdiyini və bununla keçmiş münaqişənin həllini tapdığını bildirən A.Hacızadə əlavə edib ki, “bu çərçivədə Rusiya–Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır”.

Sonda onu da bildirək ki, Rusiya rəsmiləri reallıqları təhrif etməyə yönəlmiş fəaliyyətləri ilə ölkələrinin Ermənistanla bağlı siyasi uğursuzluğuna bəraət qazandırmaq yolu tutmaqda israrlıdırılar. Təəssüf ki, onlar Azərbaycanı belə bir uğursuz bəraət cəhdi baxımından ritorikaya çevirirlər. Belə yanaşmaya üstünlük verənlər isə kənardan, ən azı, rəzil görünürlər. Yəni yaxşı olar ki, zaxarovalar durumun həssaslığını nəzərə alıb, ağızlarından çıxan sözlərin məsuliyyətini anlasınlar. Hərçənd, buna inamımız bir o qədər yoxdur. Necə deyərlər, qozbeli qəbir düzəldər.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see483

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see266

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see244

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see237

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see228

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see226

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see225

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see212

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see209

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see208

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see206

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see204

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see203

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see201

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see200

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see193

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see183

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see183

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri