Icma.az
close
up
RU
İlk internet, ilk sayt və 55 illik tarix İnformasiya Texnologiyaları İnstitutu

İlk internet, ilk sayt və 55 illik tarix İnformasiya Texnologiyaları İnstitutu

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun yaranmasının 55 illiyi ilə əlaqədar müzakirələr aparılıb, bu elm müəssisəsinin ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində keçdiyi tarixi yol və əldə etdiyi elmi nailiyyətlərdən bəhs olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev elmi müəssisənin yaranma tarixindən söz açıb. Akademik qeyd edib ki, bu qurumun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi (AİS Şöbəsi) təşkil edir. 1982-ci ildən AİS şöbəsi sərbəst hüquqi şəxs kimi fəaliyyət göstərib. 1997-ci ildə AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) yaradılıb. 2002-ci il mayın 21-də İTEM-nin əsasında İnformasiya Texnologiyaları İnstitutu təşkil olunub.

Alim qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan, daim onun diqqət və qayğısı ilə inkişaf edən bu elmi qurum Azərbaycanın İKT sənayesinə intellektual dəstək verən əsas mərkəzlərdən biridir. İnstitutun əsasını təşkil edən ilk strukturun yaradılmasında əsas məqsəd dövlət idarəetmə orqanlarında, nazirlik və komitələrdə, sosial-iqtisadi sahələrdə və istehsalat birliklərində riyazi metodların, hesablama üsullarının və kompüter texnologiyalarının tətbiqinə elmi-metodiki dəstək göstərmək, müxtəlif səviyyəli avtomatlaşdırılmış idarəetmə və informasiya emalı sistemlərinin layihələndirilməsi və tətbiqini təmin etmək idi.

“Həmin dövrdə bu fəaliyyət faktiki olaraq ölkədə rəqəmsal dövlət quruculuğunun ilkin elmi əsaslarının formalaşdırılmasına xidmət edib”, – deyən institutun baş direktoru bildirib ki, məhz bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində respublikada şəbəkə texnologiyalarının, müxtəlif təyinatlı informasiya sistemlərinin, hesablama mərkəzlərinin yaradılmasının əsası qoyulub, informatika sahəsində yüksəkixtisaslı milli kadrların hazırlanması il bağlı məqsədyönlü tədbirlər həyata keçirilib, mühüm nəticələr əldə edilib.

Alim 1980-ci illərdə aparılan elmi tədqiqatlar çərçivəsində kompüter şəbəkələrinin yaradılmasına xüsusi diqqət yetirildiyini, respublikanın müxtəlif hesablama mərkəzlərinin qarşılıqlı əlaqələndirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırıb. Alim bildirib ki, Azərbaycanın ilk dəfə internetə çıxışı 1991-ci ildə məhz bu qurumda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirilib. Həmçinin ölkənin ilk veb-saytı – science.gov.az 1995-ci ildə institutun mütəxəssisləri tərəfindən hazırlanıb.

Akademik Rasim Əliquliyev müstəqillik illərində, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən texnoloji siyasət fonunda institutun fəaliyyət istiqamətlərinin daha da genişləndiyini vurğulayıb. Alim hazırda institutda dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə – süni intellekt, data analitika, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim ilə bağlı tədqiqatların aparıldığını bildirib.

Tədbirdə, həmçinin institutun formalaşması və inkişafına töhfə verən alim və mütəxəssislərin elmi fəaliyyəti, əsas nailiyyətləri, informasiya cəmiyyəti və informasiya texnologiyalarının aktual problemləri üzrə aparılan fundamental və tətbiqi tədqiqatlar barədə məlumat verilib. Bildirilib ki, yarım əsrdən artıq fəaliyyəti dövründə İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan elminin beynəlxalq elmi məkana inteqrasiyası, ölkənin dayanıqlı inkişafına intellektual dəstəyin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, informasiya cəmiyyətinin elmi əsaslarının formalaşdırılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsində mühüm rol oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see386

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see329

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see325

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see296

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see295

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see279

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see279

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see273

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see269

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see260

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see255

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see255

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see247

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see242

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see240

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see235

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see235

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see230

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see216

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri