Icma.az
close
up
RU
İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası arasında anlaşma memorandumu imzalanıb

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J.Vu, İdarə Heyətinin üzvü professor Yingsan Geng və Katibliyin assistenti Liu Lianzhi ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev rəhbəri olduğu elmi müəssisənin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, burada həyata keçirilən elmi-innovativ layihələr, dövlətin strateji maraqlarına xidmət edən istiqamətlərdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib.

Alim institutda süni intellekt, “data science”, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim, əşyaların interneti, böyük verilənlərin analitikası istiqamətində aparılan tədqiqatlardan bəhs edib. Həmçinin institutun dövlət proqramları, strategiyalar, yol xəritələri və digər mühüm dövlət sənədlərinin icrasında fəal iştirak etdiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev bildirib ki, Prezident İlham Əliyevin Çinə səfəri və əldə olunmuş yüksəksəviyyəli razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Alim Azərbaycan-Çin münasibətlərinin son illər bütün istiqamətlərdə dinamik inkişaf etdiyini, xüsusilə elm, təhsil, innovasiya və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib.

IV Sənaye İnqilabının yaratdığı reallıqlar şəraitində rəqəmsal və süni intellekt texnologiyalarının geniş tətbiqi və inkişafının ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyənləşdirildiyini deyən alim, institutun Çinin tanınmış nüfuzlu elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında, bu ölkənin elm, təhsil və innovasiya üzrə çoxillik təcrübəsinin öyrənilməsində maraqlı olduğunu söyləyib.

Honkonq Kore Akademiyasının İcra şurasının üzvü, professor Li Lei çıxışında Azərbaycanda elm, innovasiya, iqtisadiyyat, mədəniyyət və digər sahələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, Azərbaycan ilə Çin arasında tarixən formalaşan elmi, mədəni və iqtisadi əlaqələrin strateji xarakter daşıdığını qeyd edərək, bu münasibətlərin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq üçün də geniş imkanlar yaratdığını bildirib.

Sonra professor Li Lei Honkonq Kore Akademiyasının fəaliyyəti haqqında məlumat verib. O, Akademiyada riyaziyyat, kompüter elmləri, informasiya texnologiyaları və süni intellekt sahələrində tədqiqatların həyata keçirildiyini diqqətə çatdırıb. Hazırda Akademiyanın 10 elmi-tədris məktəbi və 10 mindən çox tələbəsi olduğunu bildirən Li Lei onu da qeyd edib ki, burada süni intellektin müxtəlif sahələrə – enerji təhlükəsizliyi, informasiya sistemləri, səhiyyə, təhsil və sənaye kimi istiqamətlərdə tətbiqi üzrə araşdırmalar aparılır. O, həmçinin Azərbaycan və Çin alimləri arasında müvafiq sahələrdə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi, elmi təcrübə və informasiya mübadiləsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumda süni intellekt, “data science”, kibertəhlükəsizlik və digər prioritet istiqamətlər üzrə birgə elmi-tədqiqatların aparılması, qrant layihələrdə iştirak, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Tədbirdə, həmçinin iki qurum arasında əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb, anlaşma memorandumunun ölkələrarası elmi əlaqələrin daha da gücləndirilməsi, elm və təhsil sahəsində daha səmərəli nəticələrin əldə olunması baxımından yeni imkanlar təqdim edəcəyi vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri