Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

İlk kitabın poetikası və mənəvi yaddaş

İlk kitabın poetikası və mənəvi yaddaş

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əkbər QOŞALI

Çağdaş Azərbaycan poeziyasında ilk kitabla çıxış edən müəlliflərin yaradıcılığında əsas sual adətən belə formalaşır: bu “mən” haradan danışır – estetik iddiadanmı, yoxsa yaşantıdanmı?
Nadir Qüdrətoğlunun “Sən mənim ömrümə gəldiyin gündən” adlı şeirlər toplusu bu suala birmənalı olaraq “Yaşantıdan!” cavabını verir. - Buradakı lirik “mən” konstruksiya olmaqdan çıxır, özkeçmişin və mənəvi yaddaşın bədii ifadəsinə çevrilir.

Bu poeziyada şair özünü, necə deyərlər, “yaradan subyekt” kimi yox, hisslərini qoruyan daşıyıcı kimi tanıtmış olur. Bu isə, belə deyək, klassik romantik lirika ilə etik-realistik lirika arasında yerləşən keçid tipli poetik modeli formalaşdırır.

Ədəbiyyatşünaslıq baxımından kitabdakı sevgi şeirləri subyektiv-romantik lirikadan çox, etik-lirik poeziyaya yaxındır. Burada sevgi ehtiras darlığında qalmır, məsuliyyət, sabitlik, ailə yaddaşı kimi çıxış edir.

“Sənlə keçən günü, hər anı sevdim,
Bu dünyanı sevdim, hər yanı sevdim”…

Bax, bu misralarda diqqətçəkən məqam odur ki, sevgi konkret fərddən başlayaraq ta dünyaya münasibətə qədər şəkillənir, irəliləyir. Kulturoloji prizmadan baxdıqda bu, Azərbaycan ailə mədəniyyətinin poetik rekonstruksiyasıdır: qadın – ocaq, ev – kainat, ailə – mənəvi kosmos...

Beləliklə, şairdə sevgi fərdi hiss deyildir, o, sosial davranış modeli, mənəvi nizam formasıdır.

Kitabın önəmli poetik qatlarından biri - belə desək qüsur sayılmaz - elegik lirikadır. Ata itkisi motivi burada yalnız şəxsi ağrı olmaqda qalmır, ən azı nəsil və yaddaş qırılması kimi təqdim olunur:

“Atam bu dünyadan köçdüyü gündən,
Hər yerdə görünür atamın yeri”.

Ədəbiyyat nəzəriyyəsində bu cür misralar, yanılmıramsa, “boşluq poetikası” adlandırılır: yəni fiziki yoxluq semantik doluluq yaradır. Ata – ocaq yeridir, mərkəzdir; onun yoxluğu isə məkanın bütün nöqtələrində hiss olunur. Bu, həm də, Azərbaycan insanının üç onillik boyuncakı itkiləri ilə formalaşan psixoloji modelinə uyğun gəlir.
Elə bu məqamda Vətən motivinə - şəxsi tarixdən kollektiv şüura keçidin poetik ifadəsinə vurğu edə bilərik. Nadir Qüdrətoğlunun vətən şeirləri klassik vətənpərvərlik ritorikasından çox, şəxsi xatirə üzərində qurulmuş tarixi şüurdur. Qubadlının işğalı uşaq yaddaşının sarsıntısı kimi təqdim olunur:

“Kəndlər viranədi, talanıb hər yer,
Həsrət özü boyda böyük dağ imiş”.

Bu misralarda “Vətən” anlayışı abstraktdırmı? - Əsla! – Kulturoloji baxımdan bu, Qarabağ mövzusunun travmatik diskurs müstəvisində bir tanıtımıdır. Daha sonrakı “Şəhidlər”, “Şuşa”, “Qubadlım” şeirlərində isə travma qürur və Zəfər yaddaşına dönüşür – bax, bu, kollektiv psixologiyanın sağalma mərhələsidir.

Poetik texnika baxımından isə Nadir Qüdrətoğlu əsasən heca vəzninə, klassik qoşma intonasiyasına, aydın və kommunikativ dilə üstünlük verir. – Bu, onun ilk kitabında apaydın görünür.
Belə bir seçim, bəzən bədii riskləri azaldır, lakin oxucu ilə emosional bağı gücləndirir. Elmi baxımdan desək, bu poeziya sosial-estetik funksiya daşıyır. Təkrarlar və bədii sadəlik isə burada, niyyətin şəffaflığına, xəlqiliyə, səmimiliyə xidmət edir.

Beləliklə, “Sən mənim ömrümə gəldiyin gündən” kitabı etik lirikanın, ailə mərkəzli sevgi poetikasının,
travmatik yaddaşdan doğan vətən şeirinin ardıcıl və səmimi örnəyi kimi qəbul görə bilər.

Bu kitab hələ tam formalaşmış poetik sistem təqdim etməmiş ola bilər, lakin aydın istiqamətli yaradıcılıq platforması olduğu şübhəsizdir. Nadir Qüdrətoğlu artıq mövzu tapmır – sanki mövzu onu tapır. Bu isə poeziyada ən təhlükəsiz başlanğıcdır.

Nadir Qüdrətoğluna gələcək yaradıcılığında imzası kimi – nadir, qüdrətli şeirlər diləyirəm! – Qubadlı, gündoğarlı-günbatarlı Zəngəzur və bütöv Azərbaycan eşqinə!
Uğurlar!

seeBaxış sayı:411
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri