Icma.az
close
up
RU
İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb

İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.

Qeyd edilib ki, 2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 838,2 min olmuşdur. Gecələmələrin ümumi sayının 57,8 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,6 faizi Naftalanda, 3,5 faizi Qubada, 3,5 faizi Qəbələdə, 2,8 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,5 faizi Şamaxıda, 1,2 faizi Xaçmazda, 1,2 faizi Şabranda, 1,0 faizi Ağdamda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında, 0,8 faizi Şuşada və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı ilin yanvar-mart aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə  müqayisədə 1,8 faiz artaraq 493,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,9 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 12,8 faizi Rusiya Federasiyası, 12,6 faizi Türkiyə, 9,5 faizi Hindistan, 6,2 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İsrail, 4,4 faizi Pakistan, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi Çin, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,6 faizi Küveyt, 2,4 faizi ABŞ, 2,3 faizi Böyük Britaniya, 1,6 faizi Almaniya, 1,3 faizi İran, 1,0 faizi İtaliya, 0,9 faizi Gürcüstan, 0,7 faizi Ukrayna, 23,7 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşmüşdür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,9 faizi Bakıda, 9,7 faizi Qusarda, 5,2 faizi Naftalanda, 2,0 faizi Qəbələdə, 1,2 faizi Qubada, 3,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 344,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,1 faizini təşkil edir.

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olmuşdur ki, onun da 58,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olmuşdur (2025-ci ilin yanvar-mart aylarında 19,3 faiz). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olmuşdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://marja.az
archiveBu xəbər 01 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri