Icma.az
close
up
RU
Azərbaycan otellərində yerlərin 81 faizi boş qalıb

Azərbaycan otellərində yerlərin 81 faizi boş qalıb

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,4 faiz artaraq 868,3 min olmuşdur.

Modern.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gGecələmələrin ümumi sayının 58,2 faizi Bakıda, 10,0 faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faizi Naftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faizi Şamaxıda, 1,0 faizi Ağdamda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 1,0 faizi Şuşada, və 7,1 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə  müqayisədə 11,9 faiz artaraq 484,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 55,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 10,8 faiz artaraq 383,4 min olmuşdur ki, bu da ümumi gecələmələrin 44,2 faizini təşkil edir.

2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 12,1 faiz artaraq 125,1 milyon manat olmuşdur ki, onun da 58,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,0 faizi ictimai iaşə xidmətlərindən, 3,1 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olmuşdur (2024-cü ilin yanvar-mart aylarında 17,8 faiz). Bu göstərici Şabranda 68,2 faiz, Qusarda 43,5 faiz, Naftalanda 31,2 faiz, Bakıda 28,0 faiz, Sabirabadda 27,2 faiz, Qəbələdə 24,5 faiz, Bərdədə 19,7 faiz, Ağdamda 19,2 faiz, Şamaxıda 16,4 faiz, Ağstafada 16,3 faiz, Beyləqanda 15,7 faiz, Lənkəranda 15,6 faiz, Qubada 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olmuşdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri