Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

İlk üz tutacağım yer Azərbaycan olar Tamer Karadağlı

İlk üz tutacağım yer Azərbaycan olar Tamer Karadağlı

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu günlərdə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının ümumi müdiri, "Çocuklar duymasın" serialında Haluk obrazı ilə tanınan və əslən azərbaycanlı olan məşhur aktyor Tamer Karadağlı 10 Mart Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbirlərə qatılmaq üçün Bakıda oldu.

Ankarada doğulmuş Tamer bəyin ata tərəfi Qarsdandır. Ulu babaları 1900-cü illərin əvvəlində Azərbaycandan Türkiyəyə köçüblər.

Akademik Milli Dram Teatrının dəvəti ilə ölkəmizə gəlmiş sənətçi burada mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Səfər çərçivəsində Azərbaycan mədəniyyət naziri Adil Kərimli ilə də görüşən T.Karadağlı müsahibə boyunca Azərbaycanda olmaqdan sonsuz məmnunluğunu dilə gətirdi, bu torpaqlara bağlılığını və sevgisini də dönə-dönə vurğuladı:

- Bu gözəl dəvət üçün Akademik Milli Dram Teatrının rəhbərliyinə və bu tədbirin keçirilməsində zəhməti olan hər kəsə çox təşəkkür edirəm. Sizinlə birlikdə olduğum üçün çox şadam. Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Yenidən ata torpağıma qayıtdım. Mən hər dəfə buraya gələrkən, heç də özümü yad bir ölkəyə getmiş kimi hiss etmirəm. Öz ölkəmə, öz torpağıma gəlmiş kimi hiss edirəm. İnsanların mehribanlığından, yeməyindən havasına qədər bu doğmalığı ilikləriməcən duya bilirəm.

Biz Türk dünyası olaraq bir-birimizə yaxın olsaq, bir-birimizdən alacağımız, öyrənəcəyimiz çox şeylər var. Bəlkə də bu cür sıx əlaqələr qurmaq üçün gecikmişik. Amma yenə də bu istiqamətdə addımlar atmaq, gələcək üçün faydalı planlar qurmaq və türk dünyasının birliyi naminə mədəni əlaqələri genişləndirmək çox vacib məsələdir. Ümid edirəm ki, bu gün burada danışılan mövzular, edilən təkliflər, layihələr yaxın gələcəkdə ən yüksək səviyyədə həyata keçiriləcək. 

Dövlət teatrları olaraq son iki gündə keçirdiyimiz görüşlərdə çox müsbət irəliləyişlər müşahidə etdik. Çünki artıq türk dünyasının mədəniyyət sahəsində də ortaq işlər görməsi baxımından bu görüşləri çox önəmli hesab edirəm. Sözügedən irəliləyişlər və müzakirələr yalnız burada qalmayacaq, artıq praktik şəkildə həyata keçiriləcək. Çünki həqiqətən də ciddi addımlar atılır. Bəlkə sonrakı günlərdə biz buraya rejissor göndərəcəyik, buradan hansısa tamaşanı alacağıq. Beləcə kiçik-kiçik addımlarla işə başlamış olsaq da, çox qısa zamanda önəmli yol qət edəcəyimizə inanıram.

- Sizi Azərbaycanda sevən, izləyən çox sayda tamaşaçınız var. Bu layihələr çərçivəsində gələcəkdə Azərbaycan səhnəsində rol almağınız da mümkün ola bilərmi?

- Mən burada - Azərbaycan teatr səhnəsində rol oynamağı çox istərdim. İnşallah ki, belə bir layihə olar. Əlbəttə, mənim rəsmi işlərim o qədər çox olur ki, hansısa tamaşanı qəbul edib, onun məşqlərinə qatılmağım, səhnəyə çıxmağım elə də asan deyil. Bildiyiniz kimi, teatr səhnəsi davamlı məşq, ciddi intizam istəyir. Məsələn, Türkiyədə bir tamaşada iştirak edirəm. Amma bürokratik işlərlə bərabər, tamaşaya da davam etmək çox çətin olur. Buna baxmayaraq, biz ilk növbədə aktyoruq, əsas işimiz də tamaşada rol almaqdır.

- Deyəsən, rəsmi vəzifəyə keçəndən sonra kameralardan, səhnədən uzaq düşməyiniz sizi darıxdırıb...

- Son zamanlarda "Serhat" serialında rol almışdım, sərt polisi oynayırdım. Onun ikinci mövsümünü çəkəcəkdik ki, müdir vəzifəsinə təyin edildim və işlərim artdı. Təbii ki, vəzifə qalıcı deyil. Buradakı işlərim bitdikdən sonra tamaşalara da, seriallara da, filmlərə də davam edəcəyəm.

- Biz azərbaycanlı tamaşaçılar sizi daha çox "Çocuklar duymasın" serialı ilə tanıdıq, sevdik. Bu serial neçə nəsil uşaqların yetişməsində böyük rol oynadı. Nə zamansa "Çocuklar duymasın" serialının yenidən başlaması, ya da film kimi çəkilməsi fikri ola bilərmi? Əgər belə bir təklif olsa, yenidən Haluk rolunu canlandırmaq istəyərsinizmi?

- Ola bilər, pulunu verən tütəyi çalar (gülür). "Çocuklar duymasın" mənim üçün çox önəmli bir layihədir. Bir neçə nəsil bizimlə birlikdə böyüdü. Hələ də türk kanallarında yayımlanmaqda davam edir. Hətta bir gündə beş ayrı kanalda göstərilir. Maraqlıdır ki, bu serial heç bir halda köhnəlmir, unudulmur, diqqətdən kənarda qalmır. Baxaq, görək, bəlkə də film kimi çəkilə bilər. Əlbəttə, mən istəyərəm. Amma nəticədə o işə dəyəcək bir qonorar da almaq istəyərəm. Təbii ki, sərfəli təklif olarsa, davam etmək olar. Mənə elə gəlir ki, bu, normal yanaşma olardı. Nə də olsa, peşəkar aktyor kimi bu işdən pul qazanırıqsa, belə təkliflərdən imtina etmək düzgün olmazdı.

- Məsələn, "Sehirli annem" serialı film kimi o qədər də maraq doğurmadı, gözlənilən reaksiyanı almadı.

- Bəli, elə hallar da olur. Çünki film serialdan tamamilə başqa sahədir. Bəlkə "Çocuklar duymasın" da film kimi o qədər maraqlı olmaya bilər. Filmi çəkərkən onun gələcəkdə nə qədər sevilib, sevilməyəcəyi ilə bağlı o qədər dəqiqliklə fikir bildirə bilmirsən. Amma bu o demək deyil ki, bütün filmlər maraqsız olacaq, uğursuzluqla nəticələnəcək. O, təxminimizdən daha çox maraq yarada, sevilə də bilər. Məsələn, bir şeyi etiraf edim ki, mən "Çocuklar duymasın" serialı ilk başlanan zamanlarda bu qədər seviləcəyini də təxmin etmirdim. Türkiyədə də zaman-zaman yenə soruşurlar ki, "Çocuklar duymasın" kimi bir layihə həyata keçirərsinizmi? Əslində isə biz hər işimizi o gözlənti ilə edirik, amma elə olmaya da bilir.

- Sizcə, serial sektorunun Türkiyədə indiki vəziyyəti necədir? Zəifləyibmi?

- Xeyr, heç də zəifləməyib. Əksinə, bu sektor inkişaf etməkdə davam edir. Türk serialı bu gün dünyada bir nömrədir. Dünyanın serial sektorunu artıq biz idarə edirik.

- Türkiyədə fəaliyyət göstərən teatrlarla Azərbaycandakı teatrlar arasında hər hansı fərqlər müşahidə etdinizmi?

- Türkiyənin və Azərbaycanın teatr sənəti arasında köklü, ciddi fərq yoxdur. Əlbəttə, kiçik fərqlər gözə çarpa bilər, amma nəticədə teatr hər yerdə eynidir. Təkcə Türkiyə və Azərbaycan arasında deyil, Amerikada da, İngiltərədə də, dünyanın hər yerində də teatr eynidir, dəyişmir. Bəlkə iş prinsipində, intizamında kiçik fərqlər ola bilər, lakin o da ümumi mənzərəyə ciddi təsir göstərmir.

- Azərbaycan teatr sənəti haqqında ilk təəssüratlarınız necə oldu?

- Azərbaycan teatrı çox güclü bir teatrdır. Burada çox gözəl dramaturqlar, öz işinin peşəkarı olan rejissorlar və çox dəyərli aktyorlar var. Mən belə düşünürəm ki, Azərbaycan və Türkiyə teatrları olaraq birlikdə görə biləcəyimiz çox böyük işlər var. Azərbaycanın Xalq artisti, dəyərli professorumuz Cahangir Novruzov 30 ildir ki, Adanada teatr sənətinin tədrisi ilə məşğuldur. İllərdir ki, Türkiyə teatr səhnəsində, seriallarda, filmlərdə gördüyümüz gənc və peşəkar aktyorların əksəriyyəti onun tələbələridir. İmkan tapdıqca onunla görüşürük, çox maraqlı və faydalı məsələlər ətrafında fikir mübadiləsi edirik. Fikrimcə, buradakı dəyərli xəzinədən ən yaxşı şəkildə istifadə etməliyik. Buradakı peşəkar rejissorlarla, aktyorlarla, fərqli iş prinsipi ilə çox dəyərli layihələrə imza ata bilərik. Bizim onlara qazandıracaqlarımızdan əlavə, onların bizə qazandıracağı, onlardan öyrənə biləcəyimiz çox önəmli nüanslar olduğuna əminəm.

- Azərbaycan filmləri haqqında nə qədər məlumatlısınız?

- Təəssüf ki, çox da məlumatlı deyiləm. Lakin hər zaman Azərbaycana, onun mədəniyyətinə, incəsənətinə marağım olub. Məsələn "Serhat" serialının ikinci mövsümündə müəyyən qədər Azərbaycana yer vermək, azərbaycanlı aktyorları seriala cəlb etmək istəyirdim. Çünki Azərbaycan əsilli olduğum üçün fərqli nələrsə etmək istəsəm, burada olmasını istəyərəm. İlk üz tutacağım yer yenə də Azərbaycan olar. İstərdim, buraya da bir faydamız olsun.

- Ortaq layihələr çərçivəsində sizə azərbaycanlı rolu təklif edilsə, razılaşarsınızmı? Sizcə, sizdə alınarmı?

- Əlbəttə, çox böyük məmnuniyyətlə qəbul edərəm və bundan qürur duyaram.

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri