İlkin səhiyyə xidmətində problemlərin əsas səbəbi ... İsa Əliyev
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanda davamlı şəkildə təhlillər aparılır, ilkin tibbi xidmətlə əlaqəli görüləcək işlər çoxdur. Bu xüsusən ana ölümləri ilə bağlı göstəricilər, bəzi xəstəliklərin artmasıyla bağlıdır".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin idarə heyəti sədrinin müşaviri İsa Əliyev deyib.
Onun sözlərinə görə, ilkin səhiyyə xidmətində problemin əsas səbəbi kadr və infrastruktur çatışmazlığıdır:
"Ölkədə kadr resursları daha çox ixtisaslı xidmətə yönəlib. İlkin səhiyyə xidmətinin infrastrukturunda problemlər mövcuddur. Bu təkcə bizdə yox, bütün dünyada olub. Araşdırmalarımıza görə, dünyada bu, sadaladığım problemlərin həllini aradan qaldırmaqla həyata keçirilir. İlkin tibbi xidmət əlçatan olmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 30 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















