İllər boyu “pis qadın” adlandırdığı ögey anasına möhtac qaldı
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Britaniya kral ailəsində uzun müddətdir davam edən soyuqluqdan sonra Şahzadə Harri ilə atası Kral III Çarlzın görüşünün detalları gündəmə gəlib.
Axşam.az xəbər verir ki, Harri həyat yoldaşı Meqan Markl və övladları - şahzadə Arçi və şahzadə Lilibetlə birlikdə illər sonra İngiltərəyə gedərək atası ilə görüşüb.
Xərçəng xəstəliyi ilə mübarizə aparan Kral Çarlz nəvələrini uzun müddətdən sonra ilk dəfə görüb. Gizli saxlanılan görüşün baş tutmasında isə Kraliça Kamillanın mühüm rol oynadığı iddia edilib.
Kral ailəsi üzrə yazıçı Ketrin Mayer bildirib ki, Kamilla Çarlzın həyatında vacib yer tutur və onun razılığı olmadan ata-oğul arasında barışığın mümkün olmayacağını qeyd edib. Elə buna görə də Kral xanımının sözünü yerə salmayıb və oğlu ilə görüşüb.
Qeyd olunur ki, Harri illər ərzində ögey anası Kamillaya qarşı sərt mövqe sərgiləyib. O, 2023-cü ildə yayımlanan "Spare" adlı xatirə kitabında Kamillanı valideynləri - Kral Çarlz və şahzadə Diananın münasibətlərində "pis qadın" adlandırmışdı.
Harri anasının ölümündən sonra Çarlzın Kamilla ilə evlənməsini də ağır qəbul etdiyini yazıb. O, həmçinin özü və qardaşı şahzadə Uilyamın vaxtilə atalarını Kamilla ilə evlənməməyə inandırmağa çalışdıqlarını bildirib.
Buna baxmayaraq, son görüşün kral ailəsində münasibətlərin yenidən qurulması istiqamətində mühüm addım olduğu vurğulanıb.
Bütün bunlar kifayət deyilmiş kimi, kiçik şahzadə qardaşı Uilyamla birlikdə bu evliliyə razılıq vermələrinin yeganə səbəbinin ataları Çarlzı xoşbəxt görmək istəmələri olduğunu da iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 İyul 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















