Müəllim özünü yazıq kimi görməməlidir Emin Əmrullayev
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mənə görə müəllim yazıq deyil, peşəkardır, müəllim bacarıqlıdır. Gəlin, bu anlayışı dəyişək".
Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil" mövzusunda tədbir zamanı sual-cavab sessiyasında deyib.
Nazirin sözlərinə görə, 1990-cı illərdən bəri yazıq müəllim anlayışı, imici qalıb: "Əslində, müəllimə yazıq kimi baxılmamalıdır. Biz nə qədər müəllimimizi özümüz, müəllim özü, ətrafdakı insanlar yazıq adam kimi təqdim edəcəksə, müəllim də özünü yazıq görəcək, deyəcək: yazığam axı, mənə bir güzəşt edin. İlk növbədə müəllim özünü yazıq kimi görməməlidir.
Yazıq adamdan elə hörmətli nəsil necə yetişdirəcəksiniz? Ona görə də müəllim yazıq deyil. Bizim müəllimlərimiz qürurlu insanlardır. O yazıqlıq məsələsi, məncə, keçmişdə qalıb artıq, növbəti nəsil müəllimlərimiz özlərini yazıq kimi görməməlidirlər. Müəllim niyə yazıq olsun ki? İş yeri var, əməkhaqqısı var, uşaqlarla işləyir, ölkə üçün çox faydalı bir işlə məşğuldur. Ətrafdakılar da onlara yazıq kimi baxmamalıdırlar".
Baxış sayı:123
Bu xəbər 30 İyun 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















