Icma.az
close
up
RU
İllər öncə işdən azad olunmuşam Niyaməddin Musayevin qızı

İllər öncə işdən azad olunmuşam Niyaməddin Musayevin qızı

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında informasiyalar sosial mediada böyük müzakirələrə səbəb olub. Belə ki, Röya Musayevanın Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun əmri ilə vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb.

"Unikal" xəbər verir ki, yayılan məlumatlarla bağlı Röya Musayeva Oxu24.com-a müsahibə verib.

Həmin müsahibədən bir hissəni təqdim edirik:

- Röya xanım, bu gün yerli mediada Sizin vəzifənizdən azad olunmağınız barədə məlumat yayıldı. Bu informasiya müəyyən suallara səbəb oldu. Siz nə zaman vəzifənizdən azad olunmusunuz?

- Bütün bunlar yalnış informasiyalardır. Mən Kanadaya köçməmişdən öncə ərizəmi yazıb işdən çıxmışam. Bundan əvvəl yazılan xəbərlərdə də mənim həmin nazirlikdə işlədiyim yazılmışdı. Yəni əvvəllər işləmişəm, hazırda yox...Yayılan xəbərdə "hazırda orada işləyir" yazılmamışdı axı... Bu xəbərlər hardan çıxdı?

- Röya xanım, sosial şəbəkələrdə Sizin müğənni Təranə Qumralın müraciətindən sonra işdən çıxarılmağınız yazılır. Buna münasibətiniz?

- Xeyr, bu tamamilə əsassız xəbərlərdir. Dedim axı, saytlarda yazılan informasiyalarda "işləyib" yazılmışdı.Öz ərizəmlə illər öncə işdən azad olunmuşam. Xahiş edirəm, bu xəbərləri yazarkən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmi məlumatlarına istinad edin. Orada hər şey yazılıb. Bəzi jurnalistlər, adamlar qruplaşma yaradıblar. Müəyyən təbliğatlar aparırlar. Ayıbdır, vallah... Qurumla durumun mənasını ayırd edə bilməyən adam məni işdən necə çıxartdıra bilər ki?...Mümkünatsız şeydir...

- Röya xanım, ən çox müzakirə mövzusu Sizin "polkovnik" rütbənizlə bağlıdır. Münasibətiniz?

- Yalnışdır... Məni bu cürə mənasız suallarla narahat etməyin... Əsassızdır...

- Bəs sizin vətəndaşlarla, şəhid ailələri ilə görüşləriniz olub. Həmin görüşlərdən fotolar var...

- Mən Nazirliyin işçisi olmuşam. Vətəndaşlarla görüşməyim normal haldır. Burada nə var ki?

- Siz məni doğru başa düşmədiniz... Formada görüşünüzü nəzərdə tuturam...

- Hamısı boş iddialardır...Sübutlarla gəlin, insanları boş-boş ittiham etməyin. Hamısı o xanımın iddialarıdır. Yaxında özüm geniş açıqlama verəcəyəm, sağ olun...


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri